29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yaşar Seyidov: “Bakı” Lənkəranda meydana yalnız qələbə üçün çıxacaq”

“Bakı”nın icraçı direktoru Yaşar Seyidovun müsahibəsi

- “Bakı” sabah “Xəzər Lənkəran”la qarşılaşacaq. Oyuna hazırlıq necə gedib?

- Komanda sabahkı matça yaxşı hazırlaşıb. Bu gün Lənkəranda da məşqə çıxıb. Heyətlə bağlı problemimiz yoxdur. Yalnız qələbə üçün meydana çıxacağıq.

- "Xəzər Lənkəran" stadionunun ot bir neçə gün cənub bölgəsində yağan güclü qar qalmışdı. Hazırda meydançanın vəziyyəti necədi?

- Mən hazırda Bakıdayam, Lənkərana sabah səhər gedəcəm. Amma komanda ilə əlaqə saxlamışam, bildiriblər ki, stadionun örtüyündə heç bir probleəm yoxdu. 

- “Xəzər Lənkəran” qış fasiləsindən sonra xal qazana bilməyib. Sabahkı matçda şansları necə dəyərləndirərdiz?

- Deməzdim ki, “Xəzər Lənkəran” qış fasiləsində sonra uduzduqları bütün matçlarda məğlubiyyəti haqq edib. Onlar zəif oynayıb uduzmayıblar. “Xəzər Lənkəran”ın demək olar ki, bütün oyunlarda bəxti gətirməyib. Sabahkı oyunda hər şey ola bilər. Həm biz, həm də meydan sahibləri öz yetirmələrinə ümid bəsləyirik. İnanıram ki, mübarizəli matç izləyəcəyik.

- İki gün əvvəl prezident Hafiz Məmmədov kluba baş çəkmişdi. Konkret olaraq hansı məsələlər müzakirə olundu?

- Hafiz Məmmədov təlim-məşq bazamızın tikintisinin birinci fazası ilə əlaqədar kluba baş çəkmişdi. Gələcəkdə ikinci fazasının tikintisinə yəni, oturacaqların yerləşdirilməsi, ətraf hissənin düzəldilməsi və üstünün bağlanması işlərinə başlanacaq. Bizim yerimiz var, futbolçuların qalması üçün otel tikəcəyik. Hafiz Məmmədov həmin yerə baxış keçirdi, strukturla bağlı göstərişlərini verdi. Bundan əlavə o məşqçilər və idman direktoru ilə görüşdü. Problemlərin həlli ilə istiqamətində müzakirələr aparıldı.

- Futbolçuların bir aylıq maaşı ödənilib. “Bakı”nın oyunçulara konkret olaraq neçə aylıq borcu var?

- Maaşlar qismən ödənilir. Cəmi 1 ayın məvacibini ödəmişik. Yerdə qalan ayların maaşları da yaxın zamanda ödəniləcək.

- Yerdə neçə ayın maaşları qalıb?

- Konkret deyə bilmərəm. 1-2 ay, daha doğrusu bir neçə ay var...

- Vergilər Nazirliyi “Bakı”nın vergi ödəməyən ödəyicilərin siyahısında olduğunu bildirib... Nə vaxtdan bu problemlə üzləşmisiz?

- Futbolçular əmək haqqları almadıqlarına görə, biz  əmək haqqlarından tutulmalı olan vergiləri ödəyə bilmirik. Ona görə belə problemlə üzləşmişik.

- “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç komandaya qayıda biləcəyi haqda söz-söhbət gəzirdi. Amma o, La Liqa təmsilçisi “Xetafe”nin “sükanı arxasına” keçə bilər...

- Məşqçi karyerası elədi ki, o yaxşı təklifi dəyərləndirməlidi. Pantiçin hara getməsindən asıllı olmayaraq, “Bakı” həmişə onun ürəyində qalacaq. Onun hər hansı xarici kluba keçməsinə şad olarıq. Çünki Pantiç "Bakı"da bəyəndiyi, güvəndiyi ən azı bir futbolçunu özü ilə həmin kluba apara bilər. Bu da oyunçularımız üçün bir növ Avropaya tramplin rolunu oynaya bilər.

- Hazırkı “Bakı”nın Premyer Liqadakı şanslarını necə dəyərləndirərdiz?

- Gəlin, reallıqdan danışaq. Hazırda vəziyyətimizdən hər kəs xəbərdardı. Ona görə də, hansısa yer uğrunda mübarizə aparmaq və sonuncu pillәdәn qurtulmaq şansımız yoxdu. Amma qarşıda bir neçə tur var. Ən azı nəyinsə dəyişəcəyinə ümidliyik. Hazırda komandanın qarşısına qoyulan yeganə məqsəd yaxşı çıxış eləməkdi.

Mənbə: Futbolpress.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31