23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Xəzər Lənkəran” Superkuboka çıxmır

“Peşəkar Futbol Liqasının Superkubok matçını iyunun 27-nə təyin etməsi həm təəccüblü, həm də gülməlidir. Dünyanın heç bir yerində bu tarixdə superkubok oyunu keçirilmir”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Topaz Premyer Liqasında çempionluğa “Neftçi” ilə yanaşı nəzəri şansları qalan “Qarabağ” da iddia edir. Ancaq real yanaşdıqda, Ağdam təmsilçisinin növbəti 2 turda 6 xallıq fərqi əridib, qızıl medalları qazanması real görünmür. 

Bu üzdən böyük ehtimalla, çempion ardıcıl 3-cü dəfə “Neftçi” olacaq. Bu isə o deməkdir ki, ölkə kubokunun finalında olduğu kimi, Superkubok matçında da “Böyük oyun”un iştirakçıları mübarizə aparacaq.

Ancaq “Xəzər Lənkəran” tərəfi iyunun 27-də matç keçirməyin əleyhinədir. Buna səbəb tarixin klub üçün münasib vaxtda olmamağıdır. 

Cəbrayıloğlunun sözlərinə görə, avqust ən münasib vaxtdır: “Biz təxminən iyunun 19-da Avstriyaya 12 günlük toplanışa gedəcəyik. Artıq klubun hazırlıq planları baş məşqçimiz tərəfindən tərtib olunub. Hiss edirəm ki, Con Toşakın özü də təəccüb içindədir ki, avrokuboklara hazırlıq mərhələsinin gərgin vaxtına Superkubok oyunu salınıb. Belə çıxır ki, Superkubokdan ötrü biz Avstriyada 5 gün hazırlaşdıqdan sonra Bakıya qayıtmalıyıq. Bu matçı oynadıqdan sonra isə yenidən Avstriyaya getməliyik ki, bu da artıq planlarımızı pozur. Biz oyunun avqustda baş tutmasını istəyirik. Hələ bu barədə PFL-ə müraciət etməmişik. İnanıram ki, qurum bizim istəyimizi anlayışla qarşılayacaq. Oyun avqusta keçirilməsə, onda “Xəzər Lənkəran” Superkubokda olmayacaq. Bir sözlə, bizim iyunda Bakıda oyun keçirmək fikrimiz yoxdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30