25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycanlı futbolçu "Spartak"a qarşı oyunundan danışdı

 

Əslən azərbaycanlı olan Emin Mahmudov dünən hazırda icarə əsasında çıxış etdiyi "Krılya Sovetov"un əvəzedicilərinin heyətində müqavilə ilə məxsus olduğu "Spartak"a qarşı forma geyib. Futbolxeber.az-ın məlumatına görə, Mahmudov Moskva təmsilçisinə qarşı keçirdikləri oyunu belə şərh edib: "İlk dövrədə çiyin-çiyinə oynadığım futbolçulara qarşı bu dəfə rəqib kimi çıxış etdim. Bu, mənə bir qədər qəribə gəlirdi. Amma konsentrasiya baxımından heç bir problem yox idi. Hər oyunda olduğu kimi, bu dəfə də meydana yalnız qələbə üçün çıxmışdım. Amma biz əlimizə düşən şanslardan yararlana bilmədik. Rəqib isə əksinə, ilk yarıda 2 şans yaxaladı və hər iki epizodu qola çevirdi. Meydana dayaq yarımmüdafiəçisi kimi çıxmışdım. Buna görə də sona kimi mübarizə aparmaq üçün gücüm çatmadı. Aldığım kiçik zədənin də oyunuma təsiri oldu. Sona yaxın əvəzlənməyimi istərdim. Amma əvəzetməmiz də qalmamışdı. Hazırda 80 faiz hazıram. Amma həftənin sonuna kimi 100 faiz hazır olacağam". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30