20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA “Rəvan”da araşdırmalara başladı: “Bu klub bir uşaq komandasını saxlaya bilmir”

AFFA “Rəvan” klubuna qarşı araşdırmalara başlayıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, “Rəvan”da AFFA tərəfindən köçürülmüş vəsaitin təyinatı üzrə sərf olunmamasına dair şübhələr yaranıb: “Bu klub bir uşaq komandasını saxlaya bilmir. Klublarda futbol akademiyası işini “Rəvan”da davam etdirdik. Bunu onlara stimul olması üçün etdik. Ora idman direktoru verdik, bütün yerli məşqçilərin maaşını ödəyirik, avadanlıqla təmin edirik. Amma bu günlərdə U-14 Elit Kubokunda “Rəvan” komandasını köhnə geyimdə gördük. Halbuki geyimləri onlar üçün AFFA təzə vəziyyətdə alıb, pulunu da köçürüb. İndi şübhə yaranıb ki, həmin vəsaitlə böyüklərdən ibarət komandanı geyindiriblər”.

E.Məmmədov araşdırmaların nəticəsinin martda bəlli olacağını söyləyib. Onun sözlərinə görə, nəticə müsbət olsa, AFFA bu layihəni “Rəvan”da dayandıracaq, həmin klubdakı idman direktorunu başqa kluba keçirəcək: “Ola bilsin, “Rəvan” rəhbərliyi baş verənlərdən xəbərsiz idi. Ona görə də biz artıq rəsmi olaraq, ötən həftə birbaşa rəhbərliyə müraciət etmişik. Bəlkə ordakı bəzi insanlar işə məsuliyyətsiz yanaşırlar. Belə görünür ki, bəzi hallarda bəzi insanlar vəsaitdən düzgün istiqamətdə istifadə etmirlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30