29 Fevral 2020, Şənbə
"İdman Azərbaycan"da yeni rəhbər
Avroliqa: 1/8 finalın püşkü atıldı
Ailton Silva "Qarabağ"dan gedir?
Emil Balayev Norveçə yollandı

Ölkə futbolu

Millimizin çalışdırıcısı 9:0-lıq qələbədən danışdı: “Yaxşı məşq keçdik”

Türkiyənin Antalya şəhərində yoldaşlıq oyunu keçirmiş 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov affa.az saytına açıqlama verib: “Bu gün yaxşı məşq keçdik. Çünki rəqib istədiyimiz səviyyədə olmadı. Ona görə də bu qarşılaşmanı oyundan çox məşq adlandırmaq olar. Uşaqlarda məşqdəki kimi hər şey alındı. Belarus yığması ilə keçiriləcək növbəti oyun çətin olacaq. Özü də bu cür qələbədən sonra oynamaq asan deyil. Uşaqlarda arxayınlıq yarana bilər. Amma yenə də onları növbəti görüşə yaxşı hazırlamağa çalışacağıq. Nə qədər güclü rəqiblə oynasaq, komandamızın müsbət və mənfi tərəflərini bir o qədər tez ayırd edərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2020
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29