20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Reynaldo “Qarabağ”ın tarixinə düşdü

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub. Futbolxeber.az-ın məlumatına görə, son 3 turda meydanı qolsuz tərk etməyən cənubi amerikalı ardıcıl 3-cü dəfə komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. AZAL və “Simurq”un ardından “Neftçi” ilə görüşün də taleyini həll edən 26 yaşlı hücumçu mövsümdə 6-cı qolunu vurub.

Azərbaycan çempionatında debüt etdiyi 2012/13 mövsümündə 9 oyunda 2, ötən çempionatda 31 matçda 22 dəfə rəqib qapılarına yol tapan Reynaldo 30-cu qolunu 53-cü matçında vurub.

Premyer Liqadakı bütün qollarını eyni klubun - “Qarabağ”ın heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O, bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran legioner adına yiyələnib. Reynaldo Ağdam klubunda 29 çempionat qolu vuran Georgi Adamiyanı arxada qoyub. 2009/10 mövsümünün gedişində “Qarabağ”a gələn 2010/11 və 2011/12 mövsümlərində də klubun formasını geyən gürcüstanlı 71 oyunda 29 dəfə fərqlənmişdi. Reynaldo Adamiyanı “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da çıxarıb.

1.Müşfiq Hüseynov - 109

2.Samir Musayev - 44

3-4.Mahir Əliyev, Yalçın Bağırov - 33

5. Reynaldo Silva - 30


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30