19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Arxayınlaşsaq, dərhal cəzalandırılacağıq”

“Hər iki komandanın ifasında maraqlı oyuna şahidlik etdik. Derbiyə layiq oyun oldu, hər iki tərəf fair-play qaydalarına riayət etdi. Oyun ərzində xırda toqquşma olsa da, futbolçular vaxtında sakitləşdilər”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

“Neftçi” ilə oyun barədə danışan təcrübəli futbolçu, hakimlik məsələsi ətrafında ajiotaj yaradılmağın əleyhinə olduğunu vurğulayıb: “Heç vaxt hakimlik barədə danışmaq istəməmişik. Düzdür, “İnter”lə oyundan sonra hakim barədə çox söhbətlər oldu. Amma o hadisəni hər kəs müzakirə edirdi”.

“Qarabağ”ın rəqibi elə “Qarabağ”dı” fikri ilə razılaşmayan Sadıqov, indidən çempionluq barədə danışmağın erkən olduğunu söyləyib: “Rəqiblərimiz güclüdü, çempionatı isə çətin keçir. Arxayınlaşsaq, dərhal cəzalandırılacağıq. Rəqiblərimiz ardıcıl qələbə seriyası yaxalasa, çətin vəziyyətə düşə bilərik. Ötən mövsüm 13 xallıq fərq sonradan 6-ya endi. Üstəlik, sona 3 tur qalmış “İnter”lə də oyunumuz var idi. Onda çətin duruma düşmüdük. Halbuki hamı bizi çempion hesab edirdi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30