29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AZAL-ın vitse-prezidenti qalmaqaldan danışıb, Sxadadzeni ittiham etdi

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov “İnter”lə oyundan sonra yaşanan qalmaqal haqda danışıb. F. Hüseynov Futbolxeber.az saytına verdiyi açıqlamada qalmaqala görə “İnter”i günahlandırıb: “Oyundan sonra uşaqlarla söhbət etdim. Hamısı ağlayıdı. İnsident yan xətt hakimin gözləri qarşısında baş verdi. “İnter”in 88 nömrəli futbolçusu (Derlis Meza Kolli nəzərdə tutulur-red.) İqbekoyinin saçlarından tutdu, sonra isə onu vurdu. Hər şey də bundan sonra başladı. “İnter”in baş məşqçisini də anlamaq çətindir. O, futbolçularını sakitləşdirmək əvəzinə yan xətt hakimini söyürdü. Onun sözləri deyiləsi deyil. Belə biabırçılıq olmaz. Biz ev sahibiyik. Amma bu cür halla ilk dəfədir ki qarşılaşırıq. Kaxaber Sxadadze 1-2 aya çıxıb gedir. O demək deyil ki, Azərbaycan xalqını təhqir etsin. Deməyə söz tapmıram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31