19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Əmrah Çəlikəl: “Neftçi”nin bu hərəkəti düzgün deyil”

 “Gördük ki, “Neftçi” Əliyar Ağayevin bu görüşə təyin olunmasından narahatdır. Biz də öz növbəmizdə “Neftçi”yə və AFFA-ya müraciət etdik ki, Ə.Ağayev istənilən hakimlə əvəzlənə bilər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi “Neftçi” - “Qarabağ” oyundan əvvəl xoşagəlməz söz-söhbətlərin yayılmaması üçün bu addımı atdıqlarını bildirib: “Oyun öncəsi hakimin adı ətrafında belə söhbətlərin yayılması yaxşı hal deyil. Əlbəttə ki, “Neftçi”nin narazılığı bizə qarşı deyil”.

Ə.Çəlikəl “Neftçi” tərəfindən hakim təyinatına belə  reaksiya göstərilməsini düzgün hesab etmədiyini bildirib: “Ola bilər ki, “Neftçi”nin Ə.Ağayevlə hansısa problemləri var. Ancaq hakim də insandır. Ona hələ oyundan əvvəl bu dərəcədə təsir edilməsini düzgün hesab etmirik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30