29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mirbağır İsayev: “Krivotçuk bu gün meydanda ən zəiflərdən idi” (Müsahibə)

17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayev Rusiyaya qarşı baş tutan oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız Rusiyaya 1:2 hesabı ilə uduzdu. Oyunla bağlı nə deyə bilərsiz?

- Bu, yoldaşlıq görüşü idi. Onlar da hazırlıq dövründədirlər, biz də. Oyun Rusiya yığmasının üstünlüyü ilə keçdi. Hesabı açsaq da, üstünlüyümüzü qoruyub saxlaya bilmədik və nəticədə meydandan məğlub ayrıldıq.

- Qeyd etdiniz ki, üstünlüyü qoruyub saxlaya bilmədiniz. Bunun səbəbi nədir?

- Çünki mərkəzdə səhvlər buraxdıq. Mərkəzdə buraxılan səhvlər isə qolla nəticələnir. Öz səhvimizdən qapımızda qollar gördük. Amma bu, problem deyil. Ona görə ki, futbolçulara şans verməliyik.

- Lakin seçmə mərhələnin starttına elə də çox vaxt qalmayıb...

- Həqiqətən də vaxtımız yoxdu. 1 ay cəmi vaxtımız qalıb. Rusiyaya qarşı keçirdiyimiz bu oyun bizim üçün vacibdi. Heyətdə kimlərinsə olmaması problem deyil. Əsas odur ki, bu gün meydana çıxanlarda istək var idi. Əlimizin altında olanları müəyyənləşdirməliyik.

- Komandada hansı çatışmazlıqlar var?

- Çatışmazlıqlar odur ki, əsas heyətin 5 üzvü bu gün müxtəlif səbəblərdən bizimlə birgə deyil. Amma bu da problem deyil. Bu gün meydana çıxan futbolçular lazımınca mübarizə apardılar. Çalışmalıyıq ki, növbəti oyunlarda bugünkü səhvləri təkrarlamayaq.

- Rəqib haqda hansı fikirdəsiz?

- Rusiyanı təbrik edirəm. Əla, gələcəyi olan komandadır. Növbəti oyunda da onlarla üz-üzə gələcəyik.

- Sizin U-17-yə dəvət etdiyiniz Anton Krivotçuk artıq əsas milli komandamıza dəvət alıb.

- Bugünkü gündə Anton Krivotçuk U-17-nin üzvüdür. Amma bu gün o, meydanda ən zəiflərdən biri idi. Bu, mənim fikrimdir. Anton hazırda uşaqdı. Ola bilər, əsas milliyə dəvət aldığından bir qədər arxayın olub. Potensialı böyük olan futbolçudur. Amma ilk növbədə o, U-17-də bərkiyib, sonradan əsas millinin üzvü olmalıdır. Özünü yaxşı tərəfdən göstərə də bilər, yana da. Lakin yenə deyirəm ki bu gün Krivotçuk meydanda ən zəiflərdən biri idi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31