16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Todorov "Xəzər Lənkəran"ın tarixinə düşdü

 

Premyer Liqanın XXX turu “Xəzər Lənkəran”ın bolqarıstanlı legioneri Radomir Todorov üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, o, karyerasında ilk dəfə “ağ-yaşıllar”ın kapitanı kimi meydana çıxıb. Komandanın “Turan”la qarşılaşmasına sarğı ilə başlayan Todorov bununla da klubun kapitanları siyahısına daxil olub.
 
Bunadək 2004-cü ildə yaranan “Xəzər Lənkəran”ı 9 illik tarixində rəsmi matçlara 20 kapitan çıxarmışdı. Radomir bu siyahıya 21-ci kimi daxil oldu. Bolqarıstanlı futbolçu Junior Osvaldo və Aleksandr Martyoşkindən sonra kapitanlığa layiq görülən 3-cü legionerdir. Əcnəbilər ümumilikdə 4 dəfə meydana kapitan sarğısı ilə çıxıb.
 
Qeyd edək ki, komandanın əsas kapitanı Rahid Əmirquliyev “Turan”la görüşdə meydana sonradan daxil olub.
 
1. Kamran Ağayev  83
2. Rahid Əmirquliyev  60
3. Mahmud Qurbanov  59
4. Emin Quliyev  25
5. Samir Əliyev  24
6. Zaur Ramazanov  23
7. Dmitri Kramarenko 19
8. Arif Əsədov  14
9. Elmar Baxşıyev  10
10. Elnur Allahverdiyev  5
11. Bəxtiyar Musayev  4
12. Alim Qurbanov  3
13-14. Füzuli Məmmədov, Junior Osvaldo  2
15-21. Aleksandr Martyoşkin, Elnur Abdullayev, Ədəhim Niftəliyev, Radomir Todorov, Rəşad Abdullayev, Ruslan Poladov, Xaqani Məmmədov  1

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30