4 Yanvar 2026, Bazar günü
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq

Ölkə futbolu

Kapsa dayandı, Popoviç irəliləyir

Azərbaycan Premyer Liqasının 22-ci turu “Simurq”un qapıçısı Pavel Kapsanın “quru” seriyasının qırılması ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə,  2015-ci ilin əvvəlki 3 oyununda qol buraxmayan polşalı “Qarabağ”la matçın 21-ci dəqiqəsində topu qapısında görüb. Reynaldo Silvanın qoluna qədər “Xəzər Lənkəran” (2:0), “Neftçi” (0:0) və “Qəbələ” (2:0) ilə qarşılaşmalarda qapısını toxunulmaz saxlayan Kapsanı sonuncu dəfə “Bakı” məyus etmişdi. Ötən il dekabrın 22-dəki matçın (5:2) 70-ci dəqiqəsində Nurlan Novruzov fərqlənmişdi. Pavel 311 dəqiqədən sonra qol buraxıb.

Kapsanın seriyası qırıldıqdan sonra 2015-ci ildə qol buraxmayan yeganə komanda “Sumqayıt”dır. Andrey Popoviç “İnter”, “Bakı” və AZAL-la görüşlərdə qapısını toxunulmaz saxlamaqla 0:0 hesablı heç-heçələrdə rol oynayıb. 18-ci turun “Qarabağ”la matçında (0:2) iştirak etməyən qolkiper sonuncu dəfə ötən il dekabrın 18-də “Qəbələ” ilə görüşdə (1:1) qapısında qol görmüşdü. Cavid Hüseynovun 86-cı dəqiqədəki qolundan sonra Popoviç 274 dəqiqəlik “quru” seriyaya malikdir.

Qeyd edək ki, mövsümün rekordu Səlahət Ağayevə məxsusdur. “İnter”in qapıçısı qapısını 535 dəqiqə toxunulmaz saxlayıb.

 


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31