26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Denis Silva üçün yubiley

“Neftçi”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 150-ci oyununu keçirib. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi vaxtilə şərəfini qoruduğu “Xəzər Lənkəran”la qarşılaşmaya təsadüf edib. Premyer Liqada cənub təmsilçisinin heyətində debüt edən Denis 150-yə bu komanda ilə görüşdə çatıb. Azərbaycan çempionatlarında yalnız iki klubun formasını geyən arxa xətt oyunçusu ölkəmizdəki 8 mövsümdə 8 qol vurub.  

mövsüm

Klub

oyun

qol

2007/08

Xəzər Lənkəran

11

0

2008/09

Xəzər Lənkəran

15

3

2009/10

Xəzər Lənkəran

16

0

2010/11

Neftçi (Bakı)

29

1

2011/12

Neftçi (Bakı)

30

1

2012/13

Neftçi (Bakı)

14

1

2013/14

Neftçi (Bakı)

25

1

2014/15

Neftçi (Bakı)

10

1

Cəmi

Xəzər Lənkəran

42

3

Cəmi

Neftçi (Bakı)

108

5

 

Cəmi

150

8

Braziliyalıya qədər milliləşənlər də daxil olmaqla, 8 legioner Premyer Liqada 150 və daha çox oyun keçirmişdi. Denis bu siyahıya 9-cu oyunçu kimi daxil olub. O, çempionatda ən çox matç keçirən cənubi amerikalı olduğundan, 150-yə çatan ilk belə futbolçudur.  

yer

Futbolçu

oyun

1

Aleksandr Çertoqanov

255

2

Vladimir Levin 

231

3

Arif Daşdəmirov

222

4

Usim Nduka

208

5

Viktor İqbekoyi

207

6

Georgi Adamiya

198

7-8

Tagim Novruzov

167

7-8

Admir Teli

167

9

Denis Silva

150

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30