28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nikolas Kanales: “Qələbədən necə razı qalmamaq olar?”

“Neftçi”nin hücumçusu Nikolas Kanales “Xəzər Lənkəran”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” bu gün 2015-ci ildə ilk dəfə rəsmi oyunda qələbə qazandı. Sərgilənən oyundan razı qaldın?

- Bəli, oyundan razı qaldım. Bu, Azərbaycan çempionatının “El Klassiko”su idi. Derbidə də qələbə qazanan tərəf biz olduq. Qələbədən necə razı qalmamaq olar?

- Ötən tur “Simurq”a qarşı baş tutan oyunan əvvəl Ernest Nfor əvəzedici heyətə göndərildi. Bunu sənin üçün üstünlük hesab etmək olar?

- Nforun əvəzedici heyətə göndərilməsinin məsələyə heç bir aidiyyatı yoxdu. “Neftçi”də məndən başqa da hücumçular var. Baş məşqçi baxır, kim hazırdırsa, ona da şans verir. Start heyətində yer almağımın Nforun cəzalanması ilə əlaqəsi yoxdur.

- “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara qonaq azarkeşlərin buraxılmaması barədə qərar hələ də qüvvədədir. Bunu nə dərəcədə düzgün sayırsan?

- Biz “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunu çempionatın “El Klassiko”su adlandırırıqsa, stadionda mütləq qonaq azarkeşlər də yer almalıdır. Buna qadağa qoymaq olmaz. Tribunaların dolmaması oyunumuza təsir edir. Azarkeşlərin çoxluğu rəqabəti də artırır.

- “Böyük oyun”dakı qələbədən sonra “Neftçi”nin “qara zolaq”dan çıxdığını düşünmək olar?

- Təbii ki, dəyişiklik olacaq. “Simurq”a qarşı da eyni komanda oynayırdı. Sadəcə, həmin gün bir qol vurmaq lazım idi ki, oyun dəyişsin və təzyiq altında oynamayaq. Həmin oyunda alınmasa da, bu gün lazım olan qolu vurduq və istəyimizə çatdıq. 

- Qarşıdakı turda “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olacaq. Bu matç barədə nə deyə bilərsən?

- Qəbələdə oynamaq həmişə çətindi. Onlar öz meydanlarında çox yaxşı çıxış edirlər. Təqvim də sıxdı, dincəlmək üçün vaxtımız çox azdı. Üstəlik, avtobusla uzun yola çıxacağıq. Təbii ki, qarşıdakı günlərdən maksimum istifadə etməliyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31