19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Tale Heydərov idman bölmələrini ziyarət edib

“Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov klubun nəzdində fəaliyyət göstərən döyüş növləri üzrə bölmələrdə olub. Futbolxeber.az-ın məlumatına görə, o, "Qəbələ" - AZAL matçının ardından Qəbələ şəhərindəki bölmələrə baş çəkib, idmançıların hazırlıq prosesini izləyib. Tale Heydərov və klubun vitse-prezidenti Fariz Nəcəfov boks, sərbəst güləş və cüdo bölmələrinin məşq etdiyi Qəbələ Olimpiya Kompleksi, həmçinin taekvondoçuların hazırlıq keçdiyi “Qafqaz Sport Otel”dəki şəraitlə tanış olublar. Klubun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev klub rəhbərliyinə 200-dən artıq idmançının hazırlıq keçdiyi bölmələrin fəaliyyəti, 2014-cü ildə əldə olunan nailiyyətlərlə bağlı ətraflı məlumat verib. Tale Heydərov bölmələrə fəaliyyətlərində uğurlar, idmançılara gələcək nailiyyətlər arzulayıb. Klubun prezidenti və vitse-prezident bölmələrə səfərin sonunda xatirə şəkli çəkdiriblər.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30