29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: “Qarşıdakı 15-16 turda hər şey dəyişə bilər”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Bakı” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- İlin ilk rəsmi oyununda “Qarabağ” böyükhesablı qələbə qazandı. Görüşlə bağlı nə deyə bilərsiniz?

- Fasilədən sonra ilk oyunumuz idi. İlk oyunlar isə həmişə çətin keçir. “Bakı”nı da təbrik etmək istəyirəm. Çünki bu qədər problemə baxmayaraq, sona kimi əzmkar mübarizə apardılar. Heyətləri gənclərdən qurulsa da, oyunları xoş təsir bağışladı, tərifə layiqdirlər. Bizə gəldikdə, hələ tam formada deyilik, ola da bilmərik. Çünki hələ oyunlar yeni başlayıb. Tədricən formamızı bərpa edəcəyik.

- UEFA “Qarabağ”ın şikayətini qəbul etmədi. Bu, sizin üçün gözlənilməz olmadı?

- Sonluğun belə olacağını təxmini bilirdik və buna hazır idik. Bilirdik ki, şikayəti ciddiyə almayacaqlar.

- Antalyadakı təlim-məşq toplanışında “Qarabağ” yaxşı nəticələr əldə edə bilmədi. Bunun səbəbini nədə görürsüz?

- Əvvəlki toplanışlarımıza da diqqət yetirsəniz görərsiniz ki, yoxlama oyunlarında elə də uğurlu nəticələr əldə etməmişik. Bu toplanışdır, yükləmlər olur, oyunlara çempionat matçları kimi köklənə bilmirsən. Məşqçilərimiz bizdən oyun, əzmkarlıq tələb edirilər. Biz də lazım olanı göstərdik. Bu gün qələbə qazansaq da, hələ oyunumuz istədiyimiz səviyyədə deyil.

- Növbəti oyunda AZAL-la üz-üzə gələcəksiz. Rəqib yeni ildə hər 2 oyununu qələbə ilə başa vurub. Buna görə də düşünmək olar ki, “Qarabağ”ın işi çətin olacaq?

- AZAL-ın hər iki oyununa baxmışam Tərlan Əhmədovu əzmkar komanda qurması münasibəti ilə təbrik edirəm. Həqiqətən də baxımlı oyun nümayiş etdirirlər. Səfərdə oynayacağıq, çətin qarşılaşma olacaq. Bizi heç-heçə də qane edəcək.

- Çempionluq yolundakı əsas rəqibləriniz III dövrəyə uğursuz başlayıblar. Demək olar ki, “Qarabağ” çempionluq mübarizəsində rəqibsizdi?

- Bu haqda düşünmək düzgün deyil. Ola bilsin, rəqiblərimiz hesabda yeniliblər. Amma qarşıda 15-16 tur var. Hər şey dəyişə bilər. “Sumqayıt”, AZAL, “Simurq” da ikinci yarıya iddialı hazırlaşıblar. Cari çempiontda istənilən komanda digərindən xal ala bilər. Bütün oyunlara ciddi yanaşmaq lazımdı.

- Qış fasiləsində “Qarabağ” heyətinə yeni futbolçu cəlb etmədi. Bu məqam komandaya problem yaratmayacaq?

- Bunu zaman göstərəcək. Yarada da bilər, yaratmaya da. Digər yandan heyətimizdə gənc futbolçular var. Transfer olsaydı, onların yolu bağlana bilərdi. İndi həmin futbolçulara komandanın uğur qazanmasında iştirak etmək üçün şərait yaradılıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31