25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Marko Stanoyeviç: “İndidən Avroliqa haqda düşünmürük”

“Simurq”un futbolçusu Marko Stanoyeviç “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi”yə qarşı keçirdiyiniz oyunda hesab açılmadı. Qarşılaşma haqda neə deyə bilərsən?

- Maraqlı oyun keçdi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Ötən tur qalib gəlmişdik. Bu dəfə də meydandan 3 xalla ayrılmaq istəyirdik. Lakin alınmadı.

- Oyun ərzində həm “Neftçi”nin, həm də sizin qol vurmaq üçün şanslarınız oldu.

- Bəli, hər iki tərəfin fərqlənmək şansı oldu. Lakin nə biz bunlardan yararlana bildik, nə də rəqib. Qələbə qazanmaq istəsək də, alınmadı. Əsas odur ki, qalib gələ bilməsək də, uduzmadıq.

- Lazım olan qolu vurmaq üçün “Simurq”da nə çatışmadı?

- Ciddi bir səbəb göstərmək çətindi. Dediyim kimi, meydana yalnız qələbə üçün çıxmışdıq. Ötən turdakı uğuru yenə təkrarlamaq istəyirdik. Bu halda turnir cədvəlindəki mövqeyimizi daha yaxşılaşdıracağdıq. Amma alınmadı.

- Belə çıxır ki, “Simurq” üçün qələbədən daha çox məğlub olmamaq vacib idi?

- Belə deməzdim. Biz hər oyuna 3 xal üçün çıxırıq. Amma hərdən elə olur ki, hücumda istədiyinə nail ola bilmirsən. Bu halda meydanı xalsız tərk etməkdənsə, 1 xal daha yaxşıdır.

- “Simurq” hazırda dördüncü pillədə qərarlaşıb. Həmin mövqeyə AZAL, “Qəbələ” və “Xəzər Lənkəran” da can atır. “Simurq” sona kimi mövqeyini qoruya biləcək?

- Bu mövsüm Avroliqaya yollanmağı hədəfləyirik. Məqsədimiz ən azı dördüncü yeri tutub, avrokuboklara yollanmaqdı. Lakin indidən Avroliqa barədə düşünmürük. Hər dəfə növbəti oyunu fikirləşirik. Bu gün “Neftçi” ilə oynadıq və meydandan 1 xalla ayrıldıq. Artıq bu oyun keçmişdə qaldı və sabahdan növbəti matçı düşünəcəyik. 1 qələbədən sonra gələcək barədə düşünsək, bu, ziyanımıza işləyə bilər.

 

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30