25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Rauf Əliyev: “Nəticə ürəkaçan olmadığından gözə çarpmıram”

“Neftçi”nin hücumçusu Rauf Əliyev “Simurq”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” III dövrənin ardıcıl ikinci oyununda da qələbə qazana bilmədi. Görüşlə bağlı nə deyə biləsən?

- “Simurq”a qarşı oynamaq çətindi. Bu gün də gərgin oyun alındı. Lakin AZAL-a qarşı sərgilədiyimiz oyunumuzu müqayisə etsək, komandamız bu gün daha yaxşı çıxış etdi. Sadəcə, şanslardan yararlana bilmədik. Oyunun əvvəlində qol vursaydıq, nəticə tam fərqli olacaqdı. Çünki “Simurq” elə komandadır ki, erkən qol vurmadınsa, rəqib oyunu çətinləşdirir.

- AZAL-la oyundan fərqli olaraq bu dəfə meydana sonradan daxil oldun. Bunun səbəbi nədir?

- Bu, baş məşqçinin qərarıdır, mən də hörmətlə yanaşıram. Ötən dəfə mən, bu dəfə Kanales ilk “11-lik”də yer aldı.

- Bəlkə məşqlərdə Kanales özünü daha yaxşı tərəfdən göstərib?

- Bəlkə də bu dəyişiklik ötən oyunda məğlub olmağımızdan irəli gəlir. Ulduz deyiləm ki, hər oyunda mütləq meydana start heyətində çıxım.

- “Neftçi”nin heyətində ikinci oyununu keçirdin və bu dəfə də ciddi heç nə ilə yadda qalmadın. Bu, nədən irəli gəlir?

- Komandam üçün əlimdən gələni edirəm, sadəcə nəticə ürəkaçan olmadığından gözə çarpmıram. “Qara zolaq”dan çıxsaq, hər şey qaydasına düşəcək.

- Azarkeşlər Arif Əsəsdovu istefaya səslədilər. Bu, oyununuza təsir edir?

- Azarkeş də istəyir ki, komanda qələbə qazansın. Qələbə olmayanda, onlar da hirslənirlər. Sadəcə, bizim azarkeşlərdə bu proses tez baş verir. Millinin oyunlarında da belə hal yaşanır. “Xəzər Lənkəran”la oyunda komanda öz sözünü deyəcək.

- Oyundan əvvəl komandanın düşərgəsindən heç də xoş olmayan xəbərlər gəlirdi. Ümumiyyətlə, “Neftçi”də     nə baş verir?

- Birinci oyuna necə hazırlaşmışdıqsa, bu qarşılaşmaya da eyni cür hazırlaşdıq. Əsas problem nəticənin olmamasıdır. Nəticə olmayanda, bu cür xəbərlər yayılır.

- Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?

- Ancaq qələbə haqda düşünəcəyik. Çünki son 2 oyunda bunu reallaşdıra bilməmişik. Bu dəfə qələbə qazansaq, komandadakı ab-hava da dəyişə, vəziyyəti düzəldə bilər.

- Sabiq klubuna qarşı oynayaqsac. Xüsusi motivasiyanız var?

- Bütün oyunlara motivasiya ilə çıxıram. “Xəzər Lənkəran”la oyunu digərlərindən fərqləndirmək istəmirəm. “İnter” və ya digərlərinə necə hazırlaşırıqsa, bu dəfə də elə olacaq.

- İki oyundan cəmi 1 xal qazanmısınız. Çempion olmnaq istəyən komanda üçün bu uğursuz nəticə deyil?

- Bu cür olacağını gözləmirdik. Pis vəziyyətə düşmüşük. Ancaq qalib gəlib, vəziyyətdən çıxmalıyıq. Başqa yolumuz yoxdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30