25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Patrisiya Qonzales: “Beynəlxalq qarşılaşmalar bizim üçün çox vacibdir”

Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales affa.az-a fikirlərini açıqlayıb: “1997/98-ci il təvəllüdlü futbolçuların iştirakı ilə bu il ilk oyunumuzu keçirdik. Heyətimizdə ötən il çıxış edənlərlə yanaşı, bu ildən etibarən bizə qoşulan futbolçular da var. Əsas məqsədlərdən biri həmin futbolçular arasında qarşılıqlı anlaşmanın səviyyəsini yüksəltməkdir. Futbolçuların qarşısında tələb qoymuşduq ki, məşqlərdə nümayiş etdirdiklərini oyun zamanı da göstərə bilsinlər və mənə elə gəlir, istəyimizə uyğun qarşılaşma izlədik. Bir sözlə, oyundan razı qaldım. Bütün oyunlar, ələlxüsus, beynəlxalq qarşılaşmalar bizim üçün çox vacibdir. Bu gün səhvlərimizi gördük, nəyin üzərində daha çox işləməli olduğumuzu müəyyənləşdirdik. Sentyabrda Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz oyunlara hazırlıq prosesində ilk addımımızı bu gün atdıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30