18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tərlan Əhmədov: “Qələbə bütün pislikləri yaddan çıxarır”

“Gözəl oyun münasibəti ilə hər iki komandanı təbrik edirəm. Xüsusən də, sonluq dramatik alındı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov bildirib ki, onun üçün əvəzolunmaz futbolçu yoxdur: “Düzdür, biz ölkə xaricində toplanış keçə bilmədik. Buna baxmayaraq, komanda formalaşdıra bildik. Bu gün qələbə istəyimiz çox idi. Qarşıda vacib oyunlarımız var. “Neftçi” ilə məcburiyyətdən addım atmışdım. Viktor tam hazır olmasa da, oynadı. Edu və Oskarsın yoxluğunu hiss etdirmədilər. Həmişə demişəm, yenə sözümdə dururam - əvəzolunmaz yox, təkrarolunmaz futbolçu var.

Mənim üçün rəqiblərin fərqi yoxdur. Bütün komandalara eyni gözlə baxıram. Qələbə bütün pislikləri yaddan çıxarır. Amma nəticədən asılı olmayaraq, mən futbolçularımdan həmişə gözəl oyun tələb edirəm. Hazırda güclü rəqib, zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır".


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30