18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ruben Şaken: “Bakı haqda “google”də oxuduqlarım real həyatda təsdiqini tapır”

“Bir qədər yorğun idim, xeyli müddət idi ki oynamamışdım.  Müəyyən səhvlərim də oldu. Buna görə də baş məşqçi məni ikinci yarıda əvəzlədi”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri “İnter”in yeni transferi Ruben Şaken deyib.

“Sumqayıt”la oyun haqda danışan futbolçu, çempionatımızın səviyyəsinin heç də zəif olmadığını bildirib: “Oyunun gedişində penalti vurmaq hüququ qazansaq da, dəyərləndirə bilmədik. Azərbaycanda yaxşı futbol oynamaq olar. Çempionatın səviyyəsi yaxşıdı. Komandama inanıram. Hesab edirəm ki, taktiki cəhətdən yaxşı oynasaq, istəyimizə çata bilərik. Heyətdə yaxşı futbolçularımız var”.

Komandaya uyğunlaşması haqda sualı Şaken belə cavablandırıb: “Adaptasiya prosesi həmişə çətin olur. Hollandiyada uzun illər çıxış etmişəm. İndi isə Azərbaycandayam. Fərqli dil, fərqli adət-ənənələr. Amma bunlar bəhanə olmamalıdı. Mən bura futbol oynamağa gəlmişəm”.

“İnter”in üzvü Azərbaycanda stadionlara azarkeşlərin az gəlməsi haqda da danışıb: “Bu, bəd xəbərdi. Çünki “Feyenord”un hər ev oyununu 50 min azarkeş izləyirdi. O cür atmosferdə oynamağa öyrəşmiş birisi üçün az sayda azarkeş qarşısında çıxış etmək asan deyil. Amma öyrəşmək lazımdı. “İnter”in arenası elədir ki, 0stadion elə də böyük deyil. Ona görə də azarkeş az olanda belə,  normal atmosfer yaranır”.

Şaken ölkəmiz haqda da fikirlərini bölüşüb: “Azərbaycan çox gözəl ölkədi. Bakı isə əla şəhərdi. Yeni olsam da, buranı çox bəyəndim. İnsanlar da istiqanlıdırlar. Daim qonağa yardım etməyə çalışırlar. Burada hər hansı problem yaşayacağımı düşünmürəm. Daha əvvəl Bakı haqda “google”də oxuduqlarım real həyatda təsdiqini tapır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30