23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” “Bakı” ilə oyunun hazırlığına start verdi

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Qəbələ” hazırlıqlarını bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, ölkəyə qayıtdıqdan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələrək ilk məşqinə çıxıb. Azərbaycan Premyer Liqasının XIX turunun “Bakı” ilə oyununun hazırlığına başlayan Roman Qriqorçukun yetirmələri günü səhər məşqi ilə tamamlayıb. Paytaxtda baş tutan məşq prosesində toplu çalışmalar və fiziki hazırlığa üstünlük verilib. Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib.

Sabah komanda oyunöncəsi son məşqini keçirəcək. Hazırlıqlar oyunun baş tutacağı “Bakı” klubunun təlim-məşq bazasında keçiriləcək. Məşq prosesi oyunun başlayacağı vaxtda - saat 14:00-da start götürəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30