20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Reynaldonun indi tam formada olması qeyri-mümkündür”

"Reynaldonun durumu ideal deyil. O, iki ay əvvəl dizindən çox nadir olan zədə aldı. Həkimlər onu çox qoruyurlar. Məşqçilər də Reynaldoya diqqətlə yanaşırlar, tələsmək istəmirlər.  Onun indi tam formada olması qeyri-mümkündür. Çünki bütün məşqlərdə iştirak etmir. Antalyada cəmi bir-iki məşqdə olub". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov komanda yoldaşı Reynaldonun zədəsinin son durumu haqda danışarkən deyib.

"Reynaldonun hazırda oyun təcrübəsi çox azdır. O, fiziki formasını hələ bərpa etməyib. Topla da rəftarı əvvəlki kimi deyil. Onun yaxşı formada olması üçün vaxt lazımdır.  Fikrimcə, bir aya o, tam formasını bərpa edəcək. Reynaldo elə bir mövqedə oynayır ki, özünü yaxşı tərəfdən göstərməsi üçün ideal formada olmalıdır. Çempionatda Reynaldoya qarşı ciddi oynayırlar" - deyə R.Sadıqov  bildirib.

O deyib ki, hazırda çempionatda "İnter"dən beş xal irəlidə olmalarına baxmayaraq, bu, onlar üçün böyük üstün deyil: "Çünki ikinci yarıda çempionat hər zaman çətin və ağır keçir. Rəqiblərimiz qış fasiləsindən səmərəli istifadə etdilər. Xüsusilə, "Neftçi", "İnter" və "Qəbələ" klublarının adını çəkmək istərdim. Bu bir daha onu göstərir ki, ikinci yarı çox gərgin keçəcək. Biz sona kimi mübarizə aparacağıq".

"Qarabağ"ın kapitanı Premyer Liqanın 20-ci turunda  qarşılaşacaqları "Bakı" ilə oyun haqda da danışıb:"Səbirsizliklə çempionatın başlamasını gözləyirik. İlk rəqibimiz "Bakı" olacaq. Ancaq "Bakı" bizimlə matçdan əvvəl "Qəbələ" ilə ağır oyun keçirəcək. Çempionata bizdən daha tez başlamaları onların üstünlüyüdür".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30