Ölkə futbolu
Şahin Diniyev: “Məşqçilər Komitəsi üçün yaradılan şərait yüksək səviyyədədir”
Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin Futbolxeber.az saytına müsahibə verib.
- Məşqçilər Komitəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Komitə 2 aya yaxındır yaradılıb. Bu müddət ərzində böyük, səmərəli işlər görməyə çalışırıq. Komitə üçün yaradılan şərait yüksək səviyyədədir. Buna görə də AFFA prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova təşəkkür edirəm. Təbii ki, bu cür şəraitin yaradılması xeyir verən və səmərəli komitə kimi formalaşmağımıza köklənib. Biz də imicimizə, nüfuzumuza uyğun komitə yaratmağa çalışırıq. Komitənin işi tövsiyə xarakterlidir. İşimiz yalnız bir deyil, futbolumuzda olan bütün sahələrdəki - uşaq futbolundan tutmuş milliyə qədər - pozitiv məqamları, hansısa yeniliklərə əl atmağı görürüksə, bunu assosiasiyaya tövsiyə edəcəyik. Komitənin səmərəli işləməsində sədr Vaqif Sadıqovun da zəhməti var. O, düzgün yol seçib. Bir işin başlanğıcını düzgün seçmək vacib məqamdır. Komitə üzvləri də vicdanla çalışırlar. Hazırda işimiz futbolda gördüklərimizi bir yerə toplayıb, kompleks şəkildə layihə hazırlamaqdır. Bu layihə bütün sahələri əhatə etməlidir. Gücü yalnız uşaq futboluna yönəltməməliyik. İşlər kompleks şəkildə görülməlidir.
Türkiyədə olduğumuz müddətdə klublarla və aşağıyaşlı yığmalarla ümumilikdə 11 görüş keçirdik və 14 oyun izlədik. Həm klub rəhbərləri, həm də baş məşqçilər bizi yüksək səviyyədə qəbul etdilər və onların futbola ciddi baxışlarının olduğunu gördük. Məqsədimiz problemləri, Azərbaycan futbolunun inkişafı üçün daha hansı işlərin görülməsinin lazım olduğunu həm də onlardan eşitmək idi. Heç bir klubun, yığmanın işinə müdaxilə etmək istəyimiz də yox idi. Görüşdüyümüz klub rəhbərləri arasında Rusiyanın 2 klubu - “Anji” və “Amkar” da var idi. Hər biri bizi yüksək səviyyədə qarşıladı, səmərəli fikir mübadiləsi apardıq. Təbii ki, müzakirələr zamanı fikirlərimiz arasında üst-üstə düşəni də oldu, düşməyəni də. Çünki həm klubların, həm də yığmaların problemləri var. Bunları ortaq məxrəcə gətirməklə həm millilərin, həm də klubların inkişaf etməsinə şərait yaratmaq lazımdır. Antalyada olduğumuz müddətdə 11 görüş keçirməyimiz və 14 oyun izləməyimiz necə işləməyimizi göstərir. Elə vaxt olub gün ərzində 3 görüş, bir oyun, və ya 2 görüş, 2 oyun izləmişik. Türkiyədəki görüşlərimiz, gördüklərimiz bir layihə halına salınıb, federasiyaya təqdim ediləcək. Assosiasiyaya yaratdığı şəraitə, Məşqçilər Komitəsinin nüfuzunu qaldırmaq, təkliflərimizə hörmətlə yanaşdığı üçün təşəkkür edirəm. Bəzən elə oldu ki, hansısa məsələni müzakirə edən zaman uzun-uzadı mübahisələrimiz olurdu. Bu da komitənin saf, şəffaf olmasını göstərir. Çünki komitədə yer alan 5 məşqçinin fikri, baxış bucağı fərqli ola bilər. Amma ümumi iş üçün ortaq məxrəcə gələ bilirik.
“Amkar”dan Hacı Hacıyevlə, “Anji”dən isə Sergey Taşuevlə, eyni zamanda klubların vitse-prezidentləri ilə görüşdük. Həm Rusiya, həm də dünya futbolu ətrafında fikir mübadiləsi apardıq, yeniliklərlə maraqlandıq. Hansı yeniliklər təklif etməliyik ki, bir ildən sonra o nüfuzdan düşməsin. Biz yaxın, qonşu ölkələri deyil, dünya futbolunda baş verənləri əhatə etməliydik.
- Həm Rusiyada V.Qranatkinin xatirə turniri zamanı, həm də Türkiyədə olduğunuz müddətdə müxtəlif yaş qruplarından ibarət yığmanın məşqçilər korpusu ilə görüşləriniz olub. Bu cür qarşılıqlı iş birliyinin hansı müsbət nəticələrini görürsünüz?
- Hər bir işin başlanğıcında səhvlər olur. Bizim milli və ya klublara müdaxilə etmək fikrimiz yoxdur. Tövsiyə xarakterli təkliflərimiz olur. Antalyada yığmanın baş məşqçisi Robert Prosineçki ilə bir oteldə qalırdıq. Onun fikirlərimizə reaksiyası müsbət idi. O da futbolumuzu inkişaf etdirmək, problemləri həll etmək baxımından bir yerdə çalışmağımızı istəyir. U-16, U-17 yığmalarımızda da tövsiyələrimizə ehtiyacları var idi. Bu yığmaların düşərgəsində olduq, təkcə baş məşqçilərlə deyil, komandanın bütün üzvləri ilə görüşüb öz məsləhətlərimizi verdik. Onların bizə baxışları, münasibəti də yaxşı idi. Çünki dediklərimizi qəbul edirdilər. U-21-in baş məşqçisi Yaşar Vahabzadə ilə də görüşdük, maraqlı fikir mübadiləsi apardıq. Onun fikirlərini dinlədik, necə olarsa komanda daha yaxşı çıxış edə bilər. Ən başlıcası millinin baş məşqçisi ilə fikrimizin üst-üstə düşməsidir. Çünki milli komanda piramidanın pik nöqtəsidir və baş məşqçinin fikrindən, futbola baxışından, yığmada necə start götürməsindən də çox şey asılıdır.
- Antalyada olduğunuz zaman PFL rəhbərliyi və klublarla hansı məsələləri müzakirə etdiniz?
- Bu haqda qurumun rəhbəri olan Vaqif Sadıqov cavabdehdir. Bizim hazırladığımız layihə əvvəlcə AFFA rəhbərliyinə təqdim ediləcək. Buna qədər hansısa açıqlama verməyi düzgün saymırıq. Klublarla görüş zamanı onlara limitlə, çempionatın hansı formatda keçirilməsi və digər məsələlərlə bağlı suallar vermədik. Sadəcə, fikirlərini dinlədik, toxunduqları məsələləri, real və ideal saydıqları variantları qeyd etdik. Onlara gəlin bunu belə edək, elə edək demədik. Görüş ərzində klubların müxtəlif problemi səsləndirdiyini eşitdik. Aydın məsələdir, klublar da, yığmalar da hərəsi öz maraqlarını üstün tutur. Hazırladığımız böyük layihədə onların hamısı öz əksini tapacaq. Amma burda müəyyən reallıqlar da var, Azərbaycanla Avropadakı futbol qanunları üst-üstə düşməyə bilər. Biz Azərbaycana uyğun və Avropaya yaxın qərarları qəbul etməliyik. Əks halda, yana da bilərik. Layihəni hazırlayan zaman bunları nəzərə almışıq.
- Əsas diqqət Premyer Liqa klublarına yönəldiyindən, I divizion sanki unudulub. Bundan sonrakı fəaliyyətinizdə aşağı dəstə klubları ilə görüşməyi planlaşdırırsınızmı?
- Yaxşı sahəyə toxundunuz. Etiraf edək ki, bu gün I divizion diqqətdən kənarda qalıb. Komitə adından yox, öz fikrimi səsləndiririəm. Diqqətlə izləsək, aşağı dəstədən Premyer Liqa klublarına futbolçu nəslinin gəlmədiyini görürük. Bu da I divizion klublarının nəyə xidmət etdiyi sualını ortaya qoyur. Ona görə də kompleks yanaşılmalı, işlər görülməlidir. Tövsiyə xarakterli planlar onlara da aid olmalıdır və var. Bunun müsbət təsiri olacağını düşünürəm.
- Onlarla nə vaxt görüşməyi düşünürsünüz?
- Görüləsi işlər çoxdur. Fevralda həm U-21, həm əsas yığmanın Antalyada toplanışı olacaq. 3-4 gündən sonra Premyer Liqanın II yarısı başlayacaq və hər oyunda bizim üzvlərdən biri iştirak edəcək, martda isə əsas yığmanın oyunu var. Yenə deyirəm, biz heç kimin işinə qarışmırıq, sadəcə tövsiyə xarakterli təklifimizi veririk. Etiraf edək ki, iddialı klublarımızın azalması üzündən əsas milliyə cəmi 5 klubdan futbolçu seçimi edilir. Bu isə maksimum 20-25 futbolçu deməkdir. Bu say fəlakət olmasa da, mənfi haldır. Belə deyək də, futbolun içərisində olduğumuza görə, problemlərimizi bilirik. Səhvi səhv, düzü düz deyən insanlarıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq