24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Vüsal Qənbərov: “Yaxşı hazırlıq keçdiyimizdən üzərimizdə təzyiq az olur”

Cari mövsümdən etibarən Premyer Liqa oyunlarına təyinat alan yan xətt hakimi Vüsal Qənbərov Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Hakimlərin Antalyadakı təlim-toplanışı artıq yekunlaşmaq üzrədir. Hazırlıq prosesini necə dəyərləndirə bilərsən?

- Təlim-məşq toplanışı bizə praktika baxımından çox faydalıdır. Burada gündə 2 dəfə fiziki hazırlığa hesablanmış məşq keçirik. Eləcə də nəzəri məşğələlərimiz olur. Bu məşğələlərdə idarə etdiyimiz oyunlardakı səhvlərimiz diqqətə çatdırılırdı və onlar üzərində çalışırdıq. Bu gün də test oldu və bütün hakimlər imtahandan uğurla keçdi.

- Burada 4 oyuna təyinat aldın. İştirak etdiyin oyunlar haqda fikirlərin necədir?

- Hər biri maraqlı oyunlar idi. Xüsusən də son 2 matçı qeyd edə bilərəm. Keyfiyyətli, sürətli oyunlar oldu. Bu qarşılaşmalar çempionata hazırlaşmağımıza çox kömək oldu.

- İdarə etdiyiniz oyunlar nəzəri məşğələlər zamanı müzakirəyə çıxarılır. Həmin oyunlarda hansı səhvlərin olurdu?

- Düzdü, ilk oyunlarda müəyyən qədər kiçik səhvlərimiz olurdu. Amma səhvlərimizi bildikdən sonra bunun üzərində işləyirdik. Çalışırdıq ki, həmin səhvləri aradan qaldıraq. Bu baxımdan son 2 oyunumuz, xüsusən də bugün idarə etdiyimiz Albaniyanın U-21 millisi ilə Çinin "Qunaçjaou" oyunu uğurlu alındı.

- Çempionatın ikinci yarısında üzərinizdə təzyiqin çox olacağı məlum məsələdir. Hakimlər bu təzyiqə hazırdırlarmı və bu məqam sizi narahat etmir ki?

- Yox, narahatçılığımız yoxdur. Psixoloji hazırlığımız da yüksək səviyyədədir. Bizdə müəyyən səhvlər birinci dövrəyə təsadüf edir. Amma qış fasiləsi zamanı yüksək səviyyədə hazırlıq keçirik. Yaxşı hazırlıq keçdiyimizdən mövsümün ikinci yarısında üzərimizdə təzyiq az olur

- AFFA və PFL rəhbərliyinin yaratdığı şərait hakimləri qane edirmi?

- Əlbəttə qane edir. Düzdür, bizim Bakıdada həftədə 2 dəfə Bayılda məşqlərimiz olur. Lakin buradakı şərait daha yüksək səviyyədədir. Bakıda məşq edərkən hakimlərin qidalanması, rejimi fərqli olur. Amma burada cəm halında çalışırıq. Eyni vaxtda qidalanıb, eyni vaxtda yatırıq. Bütün bu məqamlar hazırlıq səviyyəmizin yüksəldilməsinə hesablanıb və bu addım özünü doğruldur.

- Cari mövsüm Premyer Liqada 2 oyuna təyinat almısan. Özünü daha çox oyunda iş başında olmağa hazır sayırsanmı?

- Hal-hazırda tam hazıram. Mövsümün əvvəlində bir qədər çətin idi. Amma hazırda yüksək səviyyəli toplanış keçmişik və yaxşı formadayam. Təbii ki, ən yaxşısını Hakimlər Komitəsi bilir. Nə vaxt məsələhət bilsələr, əlimdən gələni etməyə hazıram. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30