29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Qriqorçukla olan söhbətlərimiz gələcəyə nikbin baxmağa imkan verir”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Futbolxeber.az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Geridə qalan müddətdə “Qəbələ”nin təlim-məşq prosesini necə dəyərləndirərdiz?

- Komandamızın təlim-məşq toplanışı 2 hissədən ibarətdir. İlk mərhələdə burada olmasam da, hazırlıq prosesi haqda kifayət qədər məlumatım var. Gördüyümlərimə əsasən deyə bilərəm ki, komandanın  toplanışı yaxşı keçir, fiziki durum qaydasındadır. Baş məşqçi də hazırlıq səviyyəsindən razıdır. Hazırlığın səviyyəsinin necə olduğunu daha dəqiq çempionatın gedişində biləcəyik.

- Yeni transferlər barədə nə deyə bilərsiz?

- Baş məşqçi onlardan razılıq edir. “Kuban”a qarşı keçirilən son oyuna əsasən deyə bilərəm ki, Qayın ustalıq səviyyəsi yüksək olsa da, bu oyunda özünü yaxşı göstərə bilmədi. Fomini çox bəyəndim. Fiziki hazırlığı əla durumdadır. Oyun ərzində həm irəlidə fəal idi, həm də arxaya kömək edirdi. Dayanmadan işlədi. Qapıçı haqda nəsə demək çətindir. Çünki “Kuban”la oyunda elə də çox işi olmadı. Ümumiyyətlə, 1 oyuna əsasən konkret nəsə demək çətindir.

- “Qəbələ”nin oyununa baxdıqda belə təəssürat yaranır ki, qapı, orta və hücum xətti yaxşı təsir bağışlasa da, eyni sözləri müdafiə haqda demək olmur. Razısız bu fikirlə?

- Razıyam. Amma müdafiə xəttini də gücləndirmək imkanımız var idi. 1 futbolçu ilə danışıqlar aparsaq da, sonda razılığa gələ bilmədik. Axtarışlarımız davam edir.

- “Kuban”la oyunda sınaqdan keçirilən Mixail Sivakov sizdə necə təəssürat oyatdı?

- Pis təsir bağışlamadı. Etibarlı oyunu, dəqiq ötürmələri ilə seçilirdi. Yaxın günlərdə onun haqda qərar verəcəyik

- 1 müdafiəçi keçidi ilə transfer məsələlərini “Qəbələ” üçün bitmiş hesab etmək olar?

- Biz daim axtarışdayıq. Yeni legionerlərin əksəri ilə 6 aylıq müqavilə imzaladıq. Komandanın düşdüyü vəziyyətdən çıxış yolu axtarırıq. Ona görə də müqavilələri 6 aylıq imzaladıq. Yenə də axtarışlarımız davam edəcək. Çünki daha da güclənməliyik.

- Mövsümün ikinci yarısına az qalıb. Demək olar ki, “Qəbələ”nin məqsədi yalnız və yalnız avrokuboklara vəsiqə qazanmaqdır?

- Birmənalı şəkildə belədir.

- Birdən komanda istəyinə çata bilməsə...?

- Komandada baş məşqçi dəyişikliyi olanda ümumiyyətlə, uğurdan danışmaq çətin olur. Amma gələcəyə ümidlə yanaşırıq. Məşqçi ilə olan söhbətlərimiz gələcəyə nikbin baxmağa imkan verir. O, arxayın danışır. Komandaya güvənir. Mən də hesab edirəm ki, avrokuboklara düşmək şansımız çoxdur.

- Sonda Toni Adamsın klubun idman direktoru təyin olunmasına münasibətinizi öyrənmək istərdik.

- Biz 1 ildən çox idi ki, həmin posta xarici mütəxəssis axtarırdıq. Çalışırdıq eləsini tapaq ki, həm işində peşəkar olsun, həm də mentalitetimizə yaxın olsun. Sonda da Tonini seçdik. O, Azərbaycan futboluna, yerli mentalitetə bələddir. Yaxşı mütəxəssis olmaqla yanaşı, həm də əla insandır.

- İdman direktoru kimi Adamsın vəzifəsi nə olacaq?

- O, əsas komanda ilə yanaşı, akademiya üzvlərinə də nəzarət edəcək. Onların düzgün inkişaf etdirilməsi, futbolçuların beynəlxalq arenaya çıxarılması və s. - bütün bunlar Adamsın öhdəçiliyində olacaq. Mütımadi olaraq görülən işlərə əsasən hesabat təqdim edəcək. Ən əsası da “Qəbələ”nin əsas komandası üçün seleksiya işlərini aparacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31