29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kaxaber Sxadadze: “Elə məşqçi tapılmaz ki, çempion olmaq istəməsin”

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Komandanızın hazırlıq prosesi necə keçir?

- Hazırlığımız normal davam edir. Gündəlik məşq edir, plana uyğun olaraq yoxlama oyunları keçiririk. Yeganə mənfi məqam Aleksandr Amisuaşvilinin zədlənməsidir. Yəqin ki bir ay komandaya kömək edə bilməyəcək. Onun yoxluğu ciddi itkidir.

- 6 aydan sonra “İnter”lə yollarınızı ayıracaqsınız. “İnter”də çalışdığı müddətdə Kaxaber Sxadadze Azərbaycan futboluna nə verdi?

- Bu barədə mən danışa bilmərəm. Həmişə çalışmışam ki, əlimdən gələnin ən yaxşısını edim. Bunun üçün də çalışmışam. Bakıda çoxlu dostlarım var. Azərbaycanı xoş hisslərlə tərk edəcəm.

- Siz getdikdən sonra Baçana Sxadadzenin “İnter”dəki taleyi necə olacaq?

- Onun ilin sonuna qədər müqaviləsi var. İndidən bir söz deyə bilmərəm. Hər şey yeni baş məşqçinin qərarından asılı olacaq. Ola bilsin, müqaviləsinin sonuna qədər klubda qalsın, yeni baş məşqçi istəməsə, ayrılacaq.

- Qış fasiləsində heyətə qatdığınız yeni futbolçuların hazırlıq səviyyəsi necədir?

- Ruben Şaken yalnız sonuncu matçda ilk dəfə “İnter”in heyətində meydana çıxdı. Digər transferlərimiz komandanın məşqlərində və oyunlarında iştirak edirlər. Hamısından razıyam. Onların hazırlığı məni qane edir.

- “Xəzər Lənkəran”dan ayrılan Adrian Skarlatakenin “İnter”ə keçdiyi deyilir...

- Skarlatake ilə hansısa danışığımız olmayıb. O, “Xəzər Lənkəran”ın oyunçusudur. Həmin klubla müqaviləsi var.

- Georgi Nikolovla aranızda həqiqətən də problem var?

- Onunla heç bir problemim yoxdu. Məni komandaya Cahangir Hacıyev dəvət edib. Hansısa problem olduqda da, ona müracioət edirəm.

- Amma Nikolov bura gələrkən siz komandanın düşərgəsində deyildiniz.

- Həmin vaxt Gürcüstan patriarxı ilə görüşə getmişdim. Bu səbəbdən də görüşə bilmədik.

- Qış fasiləsində komandanızın heyəti gücləndi. Düşünmək olar ki, Kaxaber Sxadadze “İnter”i çempion kimi tərk etməyi düşünür?

- Biz hər zaman çempionluq uğrunda mübarizə aparırıq. Elə məşqçi tapılmaz ki, o, çempion olmaq istəməsin.

- Çempionluq yolundakı əsas rəqibiniz olan “Qarabağ” hazırda necə təsir bağışlayır?

- “Qarabağ”ın gücü hər kəsə məlumdur. Avropa səviyyəsində bir komandadır.  

- Derlis Meza Kolli ilə “Kasımpaşa” arasında hansısa danışıqlar aparılır?

- O, heç yerə getmir. Futbolçu müqaviləsinin sonuna qədər komandada qalır. Hazırda Derlisə görə “Kasımpaşa” ilə heç bir danışıq aparılmır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31