19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Muarem Muarem: “Bunu kimsə mənim adımdan edib”

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem “Sürix”ə qarşı baş tutan yoxlama oyunundan sonra Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Təlim-məşq toplanışı necə keçir?

- Məşqlərimiz tam gücü ilə davam edir. Hazırlıqla yanaşı indiki məqamda zədədən qaçmaq da çox önəmlidir. Bu baxımdan da vəziyyət yaxşıdır. Çumbinyo istisna olmaqla heç bir itkimiz yoxdur. Onun da zədəsini sağaltmasına az qalıb.

- İlk oyunda uduzan “Qarabağ”, bu gün də yalnız sona yaxın məğlubiyyətdən qurtuldu. Bunun səbəbini necə izah edə bilərsən?

- İlk oyunda məşqlərə təzə başlamışdıq. Cəmi 5 gün idi ki hazırlıq keçirdik. Əsas heyət cəmi bir hissə oynadı. “Sürix”lə matçda isə 60 dəqiqə meydanda olduq. Oyundan-oyuna artırırıq. Narahatçılığa əsas yoxdur, çempionatda III dövrənin startına kimi formaya düşəcəyik

- “Eskişehirspor”a transferin alınmadı. Bundan məyus oldun?

- “Eskişehirspor”dan təklif aldığımı toplanışın startına 3 gün qalmış öyrəndim. Mən “Qarabağ”dakı durumumdan məmnunam. Baş məşqçimizə dedim ki. əgər klubum icazə versə gedəcəm. Ola bilər “Eskişehirspor”la avrokuboklarda oynamayım. Amma orda oynamaq istərdim. Vacib olan “Qarabağ”ın razılığı idi.

- Transferin yayda reallaşması mümkündür?

- Maya qədər “Qarabağ”la müqaviləm var. 2 klub arasında razılıq əldə olunsa, təklifi müsbət cavablandıracağam.

- Sosial şəbəkədə “Qarabağ” azarkeşlərinə vida etdiyin qeyd olunmuşdu...

- Bunu mən etməmişəm. Ümumiyyətlə, həmin profildən istifadə etmirəm. Bunu kimsə mənim adımdan edib. Razılıq olsaydı, öncə mətbuata açıqlama verərdim.

- Belə başa düşdüm ki, Türkiyədə oynamağı istəyirsən. Orada səni ən çox nə cəlb edir?

- Türkiyə Superliqasının səviyyəsi yüksəkdir. Həm də Türkiyə pasportum var. Transfer olsam, yerli futbolçu statusu ilə oynayacağam. Bu keçiddə mənim üçün pul heç də ön planda dayanmır. Karyeram üçün çox vacib addımdır.

- “Qarabağ”dan yeni müqavilə ilə bağlı təklif almısan?

- Hələ yox. Çünki onlara maya qədər burda olduğumu demişəm. Qarşıda 4 ay var. Danışıq mütləq olacaq. Ən yaxşı təklifi dəyərləndirəcəyik.

- Maliyyə burada əsas rol oynayacaq?

- Türkiyəyə pula görə getmək fikrində deyiləm. Superliqaya sevgim var, orda oynamaq istəyirəm. Sadəcə, klublar transfer məbləğində razılaşmadıqlarına görə, keçidim alınmadı.

- Premyer Liqadakı əsas rəqibləriniz qış fasiləsində sizdən fərqli olaraq heyətlərini gücləndirirlər. Bu sizi narahat edir?

- Mövsümün ikinci hissəsi çətin keçəcək. “İnter”in çıxışını izləyirik. Yoxlama oyunlarında yaxşı nəticələr əldə edirlər. Heyətlərini də gücləndiriblər. “Qəbələ” də yaxşı transferlər edib. “Neftçi”ni də siyahıdan silmək olmaz.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30