29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Robert Prosineçki: “Mənim üçün milliyə çağıracağım futbolçunun yaşı önəmli deyil”

"RƏŞAD SADIQOV YENƏ DƏ MİLLİNİN KAPİTANI OLACAQ"

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Bir müddətdir Antalyadasız və milliyə namizəd futbolçuların çıxışını yaxından izləyirsiz. Gördüklərinizə əsasən təəssüratlarınız necədir?

- Son günlərdə burada xeyli məlumat əldə etmişəm. Əksər klubların oyunlarını izləmişəm. Aydın məsələdir ki, fasilədən sonra komandalar ideal formada olmurlar. Amma zaman keçdikcə formaya düşürlər. Gördüklərimdən razıyam.

- Gördüklərinizdən razı olduğunuzu qeyd etdiniz. Ən çox diqqətinizi çəkən nədir?

- Oyunçular çalışırlar . Oyunlarda da görünür ki, əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Gördüklərimə əsasən deyə bilərəm ki, millinin oyun keyfiyyətini artıra bilərik. Fevralda təlim-məşq toplanışında olacağıq. Düzdür, “Neftçi”nin üzvləri, eləcə də legioner həyatı yaşayan futbolçular düşərgədə olmayacaqlar. Amma yenə də toplanış faydalı olacaq.

- Burada olduğunuz müddətdə Türkiyədə çıxış edən azərbaycanlı futbolçuların oyununu izləmisiz?

- Təbii ki, onlar haqda da məlumatım var. Köməkçilərim də burdadırlar. Mənim hər oyuna getməyim qeyri-mümkündür. Oyunlarına canlı baxmsam belə, hər bir futbolçu haqda ətraflı məlumata sahibəm. Norveçlə oyuna da baxmışam. Kimin nəyə qadir olduğunu bilirəm. Mənə lazım olan bütün məlumatlar əlimdədir. Onu da deyim ki, mənim üçün milliyə çağıracağım futbolçunun yaşı önəmli deyil. Gənclərə də özlərini göstərmək üçün imkan verəcəyəm, təcrübəlilərə də. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır.

- Fevraldakı təlim-məşq toplanışında millimiz yoxlama oyunu da keçirəcək. Rəqib hələ məlum olmayıb?

- Hələ rəqib tapmamışıq. FİFA-nın təqvimində həmin vaxt millinin oyunları üçün xüsusi gün kimi qeyd olumayıb. Bu səbəbdən də rəqib tapmaq heç də asan deyil. Lakin axtarışlarımız davam edir. Rəqib tapacağıq və oyun keçirəcəyik.

- Bu gün “Qarabağ” - “Sürix” oyununu canlı olaraq stadiondan izlədiniz. Ağdam klubunun heyətində yerli futbolçulardan kimi fərqləndirə bilərsiz?

- Oyundan tam razı qaldım. “Qarabağ”da forma geyən milli üzvləri çox yaxşı çıxış etdilər. Kimisə xüsusi olaraq fərqləndirmək istəmirəm. Rəşad Sadıqov da, Bədavi Hüseynov da, Maksim Medvedev də, Qara Qarayev də, digərləri də özlərini yaxşı tərəfdən göstərdilər.

- “Qarabağ”ın və millinin kapitanı Rəşad Sadıqovla keçirdiyiniz görüş haqda nə söyləyə bilərsiz?

- Maraqlı söhbət oldu. Rəşad Sadıqov çox yaxşı futbolçudur. Hiss edirəm ki, o millinin formasını geyməyi, komandanın uğur qazanması üçün əlindən gələni etməyə hazırdı. Bugünkü oyunda da çox yaxşı oynadı. Rəşadın təcrübəsi milliyə gələcəkdə də faydalı olacaq.

- Rəşad Sadıqovu əvvəl olduğu kimi sizin dövrünüzdə də milli komandanın kapitanı qismində görə biləcəyik?

- Təbii ki. Milliyə çağırıldığı müddətdə Rəşad millinin kapitanı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31