29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Atletiko”nun “Bakı”ya köməklik göstərməsi gözlənilir”

Madridin “Atletiko” klubu son vaxtlar ciddi maliyyə problemləri olan “Bakı”ya köməklik göstərə bilər. Futbolxeber.az-ın məlumatına görə, bu barədə Qol.Az-a “Bakı”nın icraçı direktoru Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, “Atetiko”  kömək məqsədi ilə bir neçə futbolçusunu “Bakı”ya göndərə bilər:  “Ən çətin vaxtlarında biz “Atletiko”ya dəstək olmuşuq. Yəni, 18 ildən sonra onların qazandıqları uğurlar “Land of fire Azerbaijan”la bağlıdır. İndi isə “Bakı”nın vəziyyəti ürəkaçan deyil. Buna görə də “Atletiko”nun “Bakı”ya müəyyən köməklik göstərməsi gözlənilir. Klub prezidenti Hafiz Məmmədov İspaniyada olarkən “Atletiko”nun rəhbərliyi ilə görüşüb. “Atletiko”nun əvəzedici heyətinin bir neçə futbolçusunun mövsümün sonuna qədər “Bakı”ya kömək etməsi müzakirə olunub”.

Y.Seyidovunun sözlərinə görə, Madrid klubu hətta “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiçi geri qaytara və onun maaşını ödəyə bilər: “Hələ ki ancaq şifahi danışıqlar olub. İndi hər şey Madrid klubundan asılıdır”.

Y.Seyidov  “Bakı” ilə əməkdaşlıq edən “Atletiko”nun səhmlərinin 20 faizinin Çin şirkəti tərəfində alınmasına da münasibət bildirib: “Bu ilin may ayına qədər “Atletiko” ilə əməkdaşlıq müqaviləmiz var. May ayında yenidən klublar arasında danışıqları olacaq. Hansı qərar veriləcəyini indidən deyə bilmərik. Bəli, biz müqaviləni uzatmasaq, onda Çin şirkəti “Atletiko”nun formalarına da başqa ad yazdıra bilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31