20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycan futbolunda növbəti “lipa” aşkarlandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 25 dekabr 2014-cü il U-16 Liqasının AZAL - Simurq matçının 80+2-ci dəqiqəsində Simurq klubunun 13 №-li futbolçusu Tural Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

25 dekabr 2014-cü il U-16 Liqasının “Bakı” - “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Bakı” klubunun 8 №-li futbolçusu Aslan İsmayılov və “Xəzər Lənkəran” klubunun 11 №-li futbolçusu Taryel Mirzəyev rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 3 oyun cəzalanıb.

U-14 Liqası “Dinamo” (Yardımlı) klubunun futbolçusu Cavidan Bağışlı adlı oyunçunun sənədlərinin saxta olması aşkar olunub. Bu səbəbdən həmin futbolçunun iştirakı ilə keçirilən bütün oyunlara “Dinamo” klubuna texniki məğlubiyyət verilib.

20 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Kövsər” - “Yol” matçının 19-cu dəqiqəsində “Yol”  klubunun 9 №-li futbolçusu Əsgər Əsədov və “Kövsər”  klubunun 10 №-li futbolçusu Mehman Məmmədov aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanıb.

17 yanvar 2015-ci il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” - “Titan” matçının 50-ci dəqiqəsində “Titan” klubunun 8 №-li futbolçusu Elçin Abdullayev və “Ulduz” klubunun 10 №-li futbolçusu İntiqam Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün  hər iki futbolçu 1 oyun cəzalanıb. Oyunun 50-ci dəqiqəsində “Titan” klubunun 8 №-li futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30