20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ümit Özat: “Cavid İmamverdiyevi Superliqada da sərəncamımda görmək istərəm”

“Fənərbaxça”nın və Türkiyə millisinin sabiq üzvü, “Elazığspor” klubunun baş məşqçisi Ümit Özat Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Komandanız yoxlama oyununda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldi. Qarşılaşma haqda nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan xalqı üçün də önəmli bir tarixdir.  Oyundan öncə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdik. Mən də Allahdan bütün şəhidlərinizə rəhmət diləyirəm. Oyuna gəldikdə isə qələbə qazandığımız üçün şadam. Cavidin doğma klubuna qarşı oynayırdıq. Gözəl matç alındı. “Neftçi”yə ölkə çempionatında uğurlar arzulayıram.

- Cavid İmamverdiyevin bugünki oyununu necə dəyərləndirə bilərsiniz?

- Cavid mənim üçün çox önəmli futbolçudur. Ona ümidlərim böyükdür. Əminəm ki, daha yaxşı oyun sərgiləyə bilər. Potensialı da buna imkan verir. Amma daha əvvəl özünü tam göstərə bilmirdi. Ailəsi bağlı müəyyən problemləri var idi. Onun özünü burada daha yaxşı hiss etməsi üçün daha bir azərbaycanlı futbolçu transfer etməyi düşünürük.

- Artıq namizədiniz var?

- Nurlanla maraqlanırıq.

- Yəqin ki, “Bakı”nın hücumçusu Nurlan Novruzovu nəzərdə tutursunuz.

- Bəli. Onu heyətimizə qatmaq istəyirik. Amma klubu ilə müqaviləsi var. Bu amil keçidi əngəlləyir. Əgər alınsa, Nurlanı da transfer edəcəyik.

- Bir müddət əvvəl Cavid İmamverdiyevin “Neftçi”yə qayıdacağı haqda xəbərlər yayılmışdı. Bu nə dərəcədə real idi?

- Onun qayıdışı mümkün idi. Bayaq da dediyim kimi, ailə məsələsi var idi. Ailə isə hər şeydən önəmlidir. Lakin Cavid artıq bütün məsələlərini həll edib. Onun hazırda “Neftçi”yə qayıtması məsələsi bizim üçün qapanıb.

- “Elazığspor”un Superliqaya yüksəlmək şansını necə qiymətləndirirsiz?

- Cavid də təsdiq edər ki, biz mövsümə 10 gün qalmış toplandıq. Lakin ilk dövrəni ilk yeddilikdə bitirməyi bacardıq. Rəqiblərlə başabaş mübarizə apardıq. Əsas üstünlüyümüz komanda oyunu sərgiləməyimizdir. İndi də digər rəqiblər gücləndiyi halda biz cəmi 1 transfer reallaşdırmışıq. Qarşıda 18 oyun var. Amma biz indi mövsümün sonu barədə düşünmürük. Hər dəfə yalnız növbəti oyunu fikirlərişirik. Son tura qədər mübarizə aparacağıq.

- Komandanız Superliqaya yüksəlsə, Cavid İmamverdiyevi sərəncamınızda görə biləcəyik?

- Cavid mənim üçün önəmli futbolçudur. Onu Superliqada da sərəncamımda görmək istərəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30