29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" "Tobol"la bacarmadı

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında ilk oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, Luis Araqonun baş məşqçisi olduğu komanda ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gəlib.

Qonşu ölkəyə yanvarın 16-da yollanan “qırmızı-qaralar” birinci yoxlama oyununu bu heyətlə başlayıb: Cavid Əsgərov, Ayxan Əsədov, Vəzir Musayev, Elton Xudadatov, İbrahim Aslanlı, Qismət Əliyev, Sahil Mirzəyev, Müşfiq Teymurov, Ramil Həsənov, Mirəli Məmmədzadə, Ehtiram Şahverdiyev.

Məşqçilər korpusu oyunun gedişində Şamil Camaləddinov, Emin Zamanov, Muxtar Əliyev, Azər İbrahimov, Elnur Orucov, Elnur Mustafazadə və Ramazan Həsənova da şans verib.

Hər hissədə bir qol buraxan “Qəbələ” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.

“Qırmızı-qaralar” toplanış çərçivəsində daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Qeyd edək ki, Araqonun yetirmələri Antalya toplanışını yanvarın 29-da başa vuracaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31