29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA və FİFA prezidentləri Sankt-Peterburqda görüşdü FOTOLAR

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə 2014-cü il ərzində Azərbaycan futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər, inşası başa çatmaqda olan Bakı Olimpiya Stadionunun hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib, stadionun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub. FIFA prezidenti AFFA rəhbərliyinin məlumatını dinlədikdən sonra görülən işlərdən məmnunluğunu bildirib.

Görüşdə FIFA-nın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Nikolas Meynqot, FIFA-nın Avropada futbolun inkişafı üzrə Proqramının meneceri Yeva Paskue, FIFA prezidentinin assistentləri Edvard Braun və Qay-Filipp Matye, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib. 

Xatırladaq ki, Bakı Olimpiya Stadionunun 2011-ci il iyunun 6-da keçirilmiş təməlqoyma mərasimində Respublika Prezidenti İlham Əliyev, FIFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev  iştirak etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31