19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AZAL I divizion klubunu məğlub edə bilmədi

AZAL PFL qış hazırlığı çərçivəsində ilk yoldaşlıq oyununu bu gün keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əsasən düşərgədə olan yeni və əvəzedici komandadan gələn futbolçuların yoxlanılması məqsədi daşıyan qarşılaşmada rəqib “Qaradağ Lökbatan” olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bütün qolların ilk yarıya təsadüf etdiyi matçda AZAL-ın qollarının birini Freddi Mombonqo penaltidən vurubsa, digər top rəqibin avtoqolu hesabına reallaşıb.

Qeyd edək ki, AZAL qış fasiləsində 4 yoldaşlıq oyunu keçirəcək. Sonrakı 3 qarşılaşmanın qrafiki belədir: 17 yanvar - “Sumqayıt” (Sumqayıt şəhər stadionu), 19 yanvar - “Sumqayıt” (AZAL Arena), 22 yanvar - “Bakı” (Bakı FK təlim-məşq bazası).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30