25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Rəşad 1 nömrə olduğu üçün 1 nömrəli formanı seçmişdi”

“Samsuspor”un baş məşqçisi Ərhan Altının müsahibəsi

- “Dənizlispor”da birgə çalışdığınız Rəşad Sadıqovu xatırlayırsızmı?

- Rəşad? Adamım mənim. 50 yaşına çatdı, hələ də oynayır (gülür). Zarafat edirəm, Rəşadı çox bəyənirəm.

- Azərbaycan millisinin kapitanı rəhbərliyiniz altında “Dənizlispor”da 1 nömrəli formada çıxış edirdi. Niyə məhz həmin nömrəni seçmişdi?

- Rəşad 1 nömrə olduğu üçün 1 nömrəli formanı seçmişdi. Fakt odur ki, Azərbaycanın 1 nömrəli futbolçusudu. Həm milli, həm də klub karyerası yaxşıdı. Üstəlik, sağlam xarakteri var. Çox bəyəndiyim oyunçudu, birlikdə yarım mövsüm çalışdıq. İstədiklərimi meydanda yerinə yetirən futbolçu idi. “Dənizlispor”dan gedəndən bir müddət sonra “Əskişəhərspor”un o vaxtkı baş məşqçisi Rza Çalımbay mənə zəng etdi və soruşdu ki, Rəşad necə adamdı? Dedim ki, onu təcili transfer edin, möhtəşəm insandı. Nəyi varsa, bütün gücünü meydanda qoyur. Amma bir çatışmazlığı var. Məşqi çox da sevmir. Düzdü, çalışır, amma istəklə yox. Bu xasiyyətini bildiyim üçün məşqlərdə onu çox yormurdum, üstünə getmirdim. Lakin meydana çıxanda bütün bacarığını ortada qoyurdu. Sağ olsun, Rəşadın sayəsində yaxşı qələbələr qazandıq. Bir məşqçisi olaraq, onunla qürur duyuram. Yığma karyerasını izləyirəm. Bir neçə il öncə Türkiyə ilə matçda qol vurmuşdu. Əminəm ki, Azərbaycan da onunla qürur duyur.

- Rəşadla bağlı müsbət fikirlər səsləndirsəniz də, hazırda çalışdırdığınız “Samsunspor” komandasında heç azərbaycanlı futbolçu yoxdu...

- Azərbaycanda Güvənc Kurtar və Oğuz Çətin kimi məşqçilər çalışdı. Açığı, onların köməkliyi ilə ölkənizdən futbolçu alacaqdım. “Xəzər Lənkəran”ın bir futbolçusu transfer siyahımızda yer almışdı. Adını unutdum, sağ cinahda oynayırdı. Dəqiq yadımda deyil, Rauf idi, yoxsa Əfran. Həmin oyunçu haqda məlumat alan kimi Oğuza zəng etdim. O da dedi ki, Azərbaycanın ən yaxşı, sürətli futbolçularından biridi. Amma dedi ki, bir az problemi var, Türkiyə futbolu ilə ayaqlaşmaya bilər. Buna görə də, alınmadı. Həmin bölgədə o cür futbolçuya ehtiyacım var idi. Antalyada azərbaycanlı futbolçuları izləyirəm. Maşallah, gözlədiyimdən də yüksək səviyyədədilər. Düzdü, klublarınızda əcnəbi futbolçular da az deyil, amma yaxşı yerlilər də var. Legionerlərin də köməkliyi ilə Azərbaycan futbolu inkişaf edib. Futbolunuzu təqib edirəm, ala biləcəyim oyunçular ola bilər. Bir də “Xəzər Lənkəran”ın müdafiəçisi Skarlatakeni bəyənirdim. Oğuz Çətin də onu mənə təriflədi, çox peşəkar futbolçu olduğunu dedi.

- Yeri gəlmişkən, “Xəzər Lənkəran”dan ayrılan Adrian Skarlatake hazırda klubsuzdu. Yəni onu heyətinizə qatmaq üçün yaxşı imkan qazanmısız...

- Gərək klub prezidenti ilə görüşüm. Onunla görüşdən sonra transfer siyasətimiz bəlli olacaq.

- Sizcə, azərbaycanlı futbolçular niyə Türkiyədə qalıb, oynaya bilmirlər?

- Türkiyədə oynayan azərbaycanlı futbolçuları izləyirəm. “İstanbul BB”də Vaqif Cavadov özünü yaxşı göstərmişdi. Onu da almaq istəyirdim, amma bir problem çıxdı, ala bilmədik. Yaxşı futbolçular var. Türkiyədə niyə qala bilmədiklərini isə özlərindən soruşmaq lazımdı. Görünür, adaptasiya dövrünü yaxşı keçə bilmirlər. Amma mən Rəşaddan tam məmnun idim, o, tamam başqa cür futbolçu idi. Rəşad azərbaycanlı futbolçulara Türkiyədəki futbolun xarakterini anlatmalıdı. Yaxşı olar ki, Türkiyəyə gələn oyunçular Rəşaddan bəzi şeyləri soruşsunlar, bilgi alsınlar. Onda adaptasiya mərhələsini rahatlıqla keçərlər. Azərbaycanda səviyyəli futbolçuların olduğunu Oğuz Çətin və Güvənc Kurtar da təsdiqləyir.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30