28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Çətinliklərə baxmayaraq, “Bakı”nın futbolçuları və işçiləri Hafiz Məmmədova tam olaraq inanır”

İSGƏNDƏR İSGƏNDƏROV: “HAFİZ MƏMMƏDOVUN AZƏRBAYCAN FUTBOLU ÜÇÜN ETDİKLƏRİ DANILMAZDIR”

“Bakı”nın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov Futbolxeber.az saytına müsahibə verib.

- Nurlan Novruzovun kluba qayıtdıqdan sonra yayımlanan video açıqlaması müəyyən söz-söhbətlərə səbəb oldu. Bəziləri Nurlanın təzyiq altında həmin açıqlamanı verdiyini düşünür. Bu məsələyə necə aydınlıq gətirə bilərsiz?

- Belə fikirlərlə mən də rastlaşdım. Ancaq fikir kökündən yalnışdır. Biz futbol klubuyuq və heç kimə qarşı təzyiq etmək fikrimiz yoxdur, olmayıb da. “FC Baku TV” isə bir tribunadir və hər bir futbolçu özü burada müsahibə verə bilər. Şərt o deyil ki, mütləq klubu tərifləməlisən. Hər kəs öz problemlerindən də danışa bilər. Nurlan bizim vasitəmizlə azarkeşlərlə ünsiyyət qurmaq istədi və mən gördüm ki, o, həqiqətən də səhvlərini başa düşüb. Məcburi müsahibə mümkün deyil. “FC Baku TV” hər zaman qərəzsiz və müstəqil olmağa çalışıb.

- Təbii ki, inandırıcı deyil. Bu halda belə fikirlerin ortaya atılmasının səbəbini nədə görürsüz? Sizcə bu, nədən irəli gəlir?

- Fikrimcə, Nurlanın “Bakı” klubuyla olan problemini gündəmə gətirmək bəzi insanların marağındaydı. Onlar bu məsələni öz məqsədləri üçün süni şəkildə şişirtdilər. Məqsəd isə futbolçunun transferindən maddi qazanc idi. Bu işin öhdəsindən gəlmək üçün ən azından məsələnin hüquqi tərəfini bilmək vacibdir. Həm də “Bakı” klubu olaraq biz çalışırıq ki, hər bir çətin vəziyyətdə bir-birimizə dəstək olaq. Aydındır ki, bəzi problemlerimiz var. Lakin təəsüf ki, bəziləri bu problemlərdən süni şəkildə öz məqsədləri üçün istifadə etmək istəyirlər.

- Mətbuatda yalan informasiya yayılan kimi bəzi klublar dərhal öz rəsmi saytları vasitəsi ilə bu xəbəri təkzib edirlər. “Bakı”nın belə etməməsinin səbəbi nədir: klub ümumiyyətlə belə xəbərlərə reaksiya vermək istəmir, yoxsa bu tip informasiyalar həddindən artıq çoxdur?

- Hesab edirəm ki, ilk öncə mətbuat orqanları hansısa xəbəri yazmamışdan öncə klub tərəfindən informasiyanı təsdiqlətməlidirlər. Dezinformasiyalar çox olduğundan hər dəfə rəsmi sayt vasitəsi ilə cavab vermək düzgün deyil. Tutaq ki, hansısa sayt yazır ki, “Bakı” dağıldı. Məncə, bizim bu informasiyaya sayt vasitəsi ilə reaksiya verməyimiz düzgün olmaz. Bu tip xəbərləri yazmamışdan öncə klubdan münasibət öyrənilməlidir. Bu işdə ilk növbədə mətbuat orqanı özü maraqlı olmalıdır. Çünki sabah “Bakı” növbəti oyuna çıxanda həmin mətbuat orqanı pis vəziyyətdə qalır. Onu da deyim ki, biz öz işinə ciddi və peşəkar səviyyədə yanaşan mətbuat orqanlarından danışırıqsa, belə məsələləri onlar məndən daha yaxşı bilirlər.

- Ümumiyyətlə, bütün bu söz-söhbətlərə son qoymaq üçün hansısa addım atmaq olar?

- Bizim klubun qapıları hər bir mətbuat orqanı üçün açıqdır. İstədikləri vaxt bizimlə əlaqə saxlayıb, bazada qonaq olub, istədikləri mövzu ilə maraqlana bilərlər. Bəzi jurnalistlərin kiçik məsələləri çox şişirtməsini də anlamaq mümkün deyil. Belə çıxır ki, kimlərinsə bunda öz məqsədləri var.

- Klub prezidenti Hafiz Məmmədovun bütün bu məsələlərə reaksiyası necədir?

- Təbii ki, qərəzli və həqiqətə uyğun olmayan xəbərlərlə qarşılaşmaq hər bir insana pis təsir edir. Lakin belə halların sayı artdıqca bu məsələ həm sözügedən şəxs, həm də oxucular üçün mənasını itirir. Hafiz Məmmədov barədə mənim nəsə deməyim artıqdır. Onu hamı çox gözəl tanıyır. Hafiz Məmmədovun Azərbaycan futbolu üçün etdikləri danılmazdır. Klubun işçisi olduğum üçün yox, tam səmimi deyirəm ki, Hafiz Məmmmədov kimi insanların sayı nə qədər çox olsa, futbolumuz üçün də, idman jurnalistikası üçün də daha yaxşı olar.

- Amma yəqin ki, son zamanlar baş verən proseslərdən Hafiz Məmmədov da narazıdır...

- Təbii ki, belə durumdan Hafiz bəy də razı ola bilməz. Ümumi götürdükdə, son proseslər həm bizə, həm də Hafiz Məmmədova göstərdi ki, kim həqiqətən jurnalistika ilə məşğuldur. Gələcəkdə bundan özümüz üçün nəticə çıxaracağıq. Hafiz Məmmədovun jurnalistikada ən çox dəyər verdiyi məsələ jurnalist etikasıdır. Tərif də yazmaq mümkündür, tərif də. Yetər ki etika qaydaları meyar olaraq qalsın.

- Son zamanlar Hafiz Məmmədovun mətbuatda az-az görünməsi onun mətbuatdan inciməsi ilə əlaqədardı?

- Bildiyiniz kimi, Hafiz Məmmədovun işi təkcə futbol deyil. O, böyük bir holdinqin prezidenti və iş adamıdır. Hal-hazırda işlərinin çoxluğu ilə əlaqədar olaraq mətbuatda az-az görünür. Amma özü daim mətbuatı yaxından izləyir. Hafiz Məmmədov daim idman jurnalistlərinin çətin işlərinə qiymət verir.

- “Bakı”da ən çox müzakirə olunan məsələlərdən biri də maaş problemidir. Müxtəlif rəqəmlər səslənir. Ümumiyyətlə, bəlkə dəqiqini siz deyəsiz: klubun futbolçulara neçə aylıq maaş borcu qalıb?

- Hal-hazırda bəzi problemlərimiz var. Dəqiq rəqəm söyləyə bilmərəm, amma maaşlarda bəzi gecikmələr var. Çətinliklərə baxmayaraq, “Bakı”nın həm futbolçuları, həm də işçiləri klubun prezidenti Hafiz Məmmədova tam olaraq inanır və güvənir. Ona görə də indiki halda biz hər şeyi anlayışla qarşılayırıq.

- Bizim suallarımız bu qədər. Əlavə etmək istədiyiniz nəsə varsa buyurun.

- Mən sözün həqiqi mənasında jurnalistika ilə məşğul olan insanlara, klubumuza dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Sizin sayt da daxil olmaqla hər kəsə səmimi və qərəzsiz olmağı arzu edirəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31