23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qriqorçuk: “Azərbaycan millisinə ən böyük köməyimiz futbolçuları hazırlamaqdır”

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ” ikinci yoxlama oyununda “Eskişehirspor”la (1:3) qarşılaşıb. Futbolxeber.az-ın məlumatına görə, Superliqa təmsilçisi ilə görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesi və yoxlama oyunu haqda fikirlərini bölüşüb: “Komandanı mövsümün ikinci yarısına tam hazır vəziyyətə gətirmək üzərində çalışırıq. Türkiyə təmsilçisi “Eskişehirspor”la keçirdiyimiz yoxlama oyunu isə bizim üçün böyük məşq idi. Bu məşq də bizim üçün yaxşı və uğurlu alındı. Biz komanda haqda lazım olan məlumatı əldə etdik. Bütün bunlar gələcəkdə daha yaxşı vəziyyətdə olmağımız üçün faydalı olacaq. Hazırda biz ilk növbədə öz komandamızın işləri ilə maraqlanırıq. Başa düşürük ki, hələ çox işimiz var. Qarşımıza məqsəd qoymuşuq ki, daha yaxşı, düzgün, savadlı, həm də effektli və azarkeşlər üçün maraqlı futbol nümayiş etdirək".

Baş məşqçi Azərbaycan milli komandasının məşqçilərinin matçları izləməsi, Azərbaycan klublarının, o cümlədən “Qəbələ”nin Antalyada keçirdiyi yoxlama oyunları və heyətin gücləndirilməsi haqda da danışıb: “Bunun adi hal olduğunu düşünürəm. Milli məşqçiləri ilə bununla bağlı söhbətimiz də olub. Mənə elə gəlir ki, ən böyük köməyimiz futbolçuları hazırlamaqdır. Belə olanda futbolçular həm klub, həm də yığmaya faydalı olacaq. Təbii ki, heyət güclənməlidir. Bunun üzərində də çalışırıq. Amma konkret hansı mövqelərin güclənməsi haqda danışmaq istəmirəm. Bizə lazım olan xüsusisyyətlərə malik oyunçu transfer etməliyik”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30