26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” makedoniyalı məşqçi ilə yollarını ayırdı

Bir ildən çoxdur ki, “Qarabağ”da həm koordinator, həm də əvəzedici heyətin baş məşqçisi olan Borçe Xristov Ağdam klubundan ayrılıb. Futbolxeber.az-ın Sportal.az-a istinadən verdiyi məlumata görə, makedoniyalı mütəxəssis artıq vətəninə qayıdıb.

Məsələyə aydınlıq gətirmək üçün Boçe Xristovun özü ilə əlaqə saxladıq. Xristov məlumatı təsdiqləyib: “Bəli, doğru məlumatdır. “Qarabağ”dan ayrılmışam. Makedoniyadan bir neçə təklif var, ancaq yəqin ki, hələ bir neçə ay istirahət edəcəm”.

Klubdakı fəaliyyəti barədə danışan Borçe Xristov arxada qalan müddəti “Qarabağ” adına irəliləyiş kimi dəyərləndirib: “Əvəzedici heyəti gəncləşdirdik və komandanı 16, 17, 18 yaşlı futbolçulardan qurduq. Gənc komanda ilə əvəzedicilərin çempionatında yaxşı oyunumuzla diqqət çəkdik. Bilirsiz ki, Qurban Qurbanov gənclərlə işləməyi sevən mütəxəssisdir. Bu baxımdan hər zaman onun dəstəyini hiss edirdik. Ümumiyyətlə, Qurban Qurbanov “Qarabağ”da uşaq futbolunun inkişaf etməsi üçün də çox çalışır. Əsas komandada işinin çox olmasına rəğmən, aşağı yaş qrupları ilə də yaxından maraqlanır. Antalyadakı toplanışa da əvəzedici heyətdən bir neçə oyunçu apardı. Ümumi götürsək, bu dönəmdə “Qarabağ”la işbirliyimiz yaxşı alındı”.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30