25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: “Oyunumuz haqda yalnız "Bakı" ilə qarşılaşmadan sonra danışa bilərik”

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışı çərçivəsində baş tutan "Qəbələ" - PSV-2 (Hollandiya) (0:0) matçının ardından düşüncələrini gabalafc.az-la bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis deyib: "Hal hazırda işlərimiz, hazırlıq prosesimiz davam edir. Ümumi nəsə demək üçün çox tezdir. Futbolçularımız səylə çalışır.  Oyunumuz haqda yalnız fevralın 1-i - "Bakı" ilə qarşılaşmadan sonra danışa bilərik. Hazırkı dövr həmin matça hazırlıq dövrüdür. Yeni futbolçularımız - Rəşad Sadiqov və Aleksey Qay təcrübəli futbolçulardır. Bizim onların oyununa, komandaya xeyir verib-verməyəcəklərinə dair hər hansı bir şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə çalışırlar və daha çox çalışmalıdırlar".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30