25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” ilə heç-heçə ilə başladı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, 2015-ci ilin ilk sınağında “qırmızı-qaralar” Hollandiyanın PSV klubunun ikinci komandası ilə qarşılaşıb. Bu görüş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında birinci qarşılaşma olub.

“Qəbələ” matça bu heyətlə başlayıb: Anar Nəzirov, Ürfan Abbasov, Aleksandru Benqa, Ruslan Abışov, Ruslan Tağızadə, Elvin Camalov, Aleksey Qay, Dodo, Cavid Hüseynov, Bəxtiyar Soltanov, Ulisse Diallo.

Hollandiyalıların start heyəti isə belə olub: Yesse Bertrams, Auqustine Loof, Hyörtur Hermannsson, Yordi de Viys, Suentli Alberto, Klint Leemans, Mussa Sano, Farşad Nur, Boris Smilyaniç, Andriya Lukoviç, Ancelo Budoviç.

Qarşılıqlı hücumlar şəraitində davam edən matçda qapılara qol vurulmayıb - 0:0. Oyunun gedişində hər iki komandanın baş məşqçisi heyətdə bir sıra dəyişikliklərə əl atıb. Lakin həm oyunçu əvəz etmələri, həm də taktiki dəyişikliklər hesabda öz əksini tapmayıb.

Beləliklə, 2015-ci ildə ilk sınağına çıxan “Qəbələ” PSV-nin ikinci komandası ilə heç-heçə edib. Komandamız növbəti oyununu yanvarın 14-də Türkiyənin Superliqa təmsilçisi “Əskişəhərspor”a qarşı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30