19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qriqarçukun "Qəbələ"yə xeyir verəcəyinə inanırıq”

"Sentyabrın 28-dən - "Xəzər Lənkəran"la qarşılaşmadan bu yana yaşıl meydanlardan uzaq qalmışdım. Həmin matçda aldığım zədə məni uzun müddət futboldan ayrı saldı. Əməliyyat olundum, sonra isə bərpa prosesi keçdim. Artıq komanda ilə məşqlərə çıxıram. Düzdür, hələ tam gücümü ortaya qoya bilmirəm. Formaya düşmək, istənilən fiziki duruma çatmaq, 90 dəqiqə mübarizə aparmağa hazır olmaq üçün üçün hələ bir müddət məşq etməliyəm. Bu səbəbdən komanda ilə məşqlərdən öncə və sonra fərdi şəkildə hazırlıq keçirəm. Gücümü bərpa etmək üçün əlavə məşqlər vacibdir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri uzun müddət zədəli olan və komandadan ayrı qalan Ruslan Əmircanov söyləyib. Hazırda "qırmızı-qaralar"ın heyətində Antalyada mövsümün ikinci yarısına hazırlaşan təcrübəli müdafiəçi gələcəklə bağlı ümidli danışıb. Əmircanov komandanın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inandığını deyib: "Hazırlığımız intensiv gedir, komanda gün keçdikcə gücünə güc qatır. Yeni baş məşqçimiz var. Onun "Qəbələ"yə xeyir verəcəyinə, komandamızın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inanırıq. Heyətimizə yeni futbolçular da qoşulub. Yeni olmalarına baxmayaraq, Aleksey Qay da, Rəşad Sadiqov da artıq kollektivə uyğunlaşıb. Məşqlərdə futbolçularda əzmkarlıq, mübarizə ruhu, rəqabət hiss olunur. Çünki hamı yaxşı bilir ki, heyətdə yer almaq üçün öz gücünü, bacarığını ortaya qoymalıdır. Dediyim kimi, baş məşqçimiz yenidir, o bizi adlarımıza görə deyil, nümayiş etdirdiyimiz oyuna görə dəyərləndirir. Komandada yer almaq istəyən çalışmalıdır. Heç vaxt mübarizədən, rəqabətdən çəkinməmişəm. Komandama xeyir vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, yaxın müddətdə ideal formamı bərpa edəcəyəm".


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30