24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millimizin hücumçusu: “Ruslar üzərində belə qələbə qazanacağımızı gözləmirdim”

“Yaxşı oyun sərgilədik. Uşaqlar əzmkarlıq nümayiş etdirdilər”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri U-19 millimizin hücumçusu İlkin Sadıqov deyib.

Rusiya-2 komandasına qarşı baş tutan oyunda dubl müəllifi olan məlumata görə, Sadıqov turnirdə mümkün olduğu qədər yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: “Bu gün gözəl oyunla qalib gəldik. Amma düzünü deyim ki, belə qələbə gözləmirdim. Qalib gələcəyimizə inanırdım, amma bu cür məhsuldarlıqla yox. Artıq ilk “altılıq”da qərarlaşacağımız dəqiqdir. Lakin bununla kifayətlənmək fikrində deyilik. Bacardıqca daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

Yaponiyaya qarşı baş tutan ilk oyunda meydana sonradan daxil olan, lakin ruslarla matçda start heyətində yer alan Sadıqov daim komandaya kömək etməyə hazır olduğunu vurğulayıb: “Kimin oynamasına baş məşqçi qərar verir. Mənim nəsə deməyim düzgün çıxmaz. Nə vaxt şans versələr, əlimdən gələni etməyə hazıram”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30