20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Nikolay Adam: “1-dən 9-a kimi yer tuta bilsək, nəticədən razı qalacağam” (Müsahibə)

U-19 milli komandamızın baş məşqçisi Nikolay Adam Futbolxeber.az-ın Sankt-Peterburq ezam olunmuş əməkdaşına müsahibə verib.

- Komanda FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin XXVII beynəlxalq xatirə turnirindən öncə Bakıda 1 həftə hazırlıq keçdi. Təlim-məşq toplanışından razı qaldınız?

- Bakıda keçdiyimiz toplanışa tam olaraq hazırlıq prosesi demək olmaz. Toplanış əsasən seleksiya xarakterli idi. Komandadakı yeni futbolçulara baxdıq. Ümumi götürdükdə, təlim-məşq toplanışından razıyam. Amma əla olardı ki, daha bir yoxlama oyunu keçirək. Çünki komandadakı futbolçuların müəyyən hissəsi yenidir və futbolçuların bir-birinə uyğunlaşması üçün oyun mütləqdir.

- Yoxlama oyunu keçirməyinizə nə mane oldu: vaxt imkan vermədi, yoxsa rəqib tapa bilmədiniz?

- Bu vaxt rəqib tapmaq çətin idi. Həm də elə oyun keçirmək istəyirdik ki, bizə faydası olsun. Oyun xatirinə meydana çıxmağa dəyməz. Baş məşqçi olduğum üçün hazırlıq prosesinin müddəti nə qədər çox olsa, mənə sərf edir. Amma futbolçuları da unutmaq olmaz. Buradakı turnirin yanvarın 11-də bitəcəyini nəzərə alsaq, komanda təxminən 3 həftə birgə olacaq. Bu isə az müddət deyil.

- Turnir haqda hansı fikirdəsiniz?

- Çox güclü yarışdı. Normalda bu yarış 19 deyil, 18 yaşlıların turniridi. Bizim üçün yaxşı cəhət odur ki, 5 oyun keçirəcəyik. Bu da oyun praktikası baxımından yaxşıdır. 5 oyun burada, 4 matç fervalda, daha 2 oyun isə martda keçirəcəyik. Deməli, komanda qısa müddətdə 11 rəsmi matçda iştirak edəcək. Təcrübə baxımından bu oyunların bizə çox faydası olacaq.

- Heyətin optimal olmaması milli komandamızın iddiasını zəiflədir? Yaxud da belə deyək, sizin üçün bu yarışda nəticə daha önəmlidir, yoxsa futbolçuları sınamaq?

- Ən ideal variant o olardı ki, biz burda 1996 və 1997-ci il təvəllüdlü futbolçulardan qurulmuş komanda ilə çıxış edək. Amma yarışın reqlamenti buna imkan vermədi. Şikayətlənə bilmərəm, Rusiya Futbol İttifaqının qərarını da anlayışla qarşılayıram. 1997-ci il təvəllüdlü futbolçular üçün bu yarış bir sınaqdı. Komandaya çox təzyiq göstərmək istəmirəm, amma təzyiq də olmalıdı. Artıq bu yaşda futbolçular gərgin mühitdə oynamağa öyrəşməlidirlər. Ötən il bu yarışda çıxış edən 9 1997-ci il təvəllüdlü futbolçudan 8-i bu gün də bizimlər birgədi. Lakin digər futbolçuları da zəif hsab etmək olmaz. Düzünü deyim ki, Volqoqradda seçmə mərhələdə mübarizə aparan U-17, Macarıstanda mərhələ adlayan U-19 millisindən daha baxımlı futbol sərgiləyirdi. Amma qismət elə gətirdi ki, Volqoqradda komanda mərhələ adlaya bilməsə də, Macarıstanda istədiyimiz nəticəni qazana bildik. Sırf nəticəyə gəldikdə, 1-dən 9-a kimi yer tuta bilsək, nəticədən razı qalacağam. Yarışda 18 komanda mübarizə aparır. Təqvimi də nəzərə almaq lazımdır. Ardıcıl 2 gün meydana çıxmaq, heç də asan deyil.

- İlk turda Yaponiya millisi ilə qarşılaşacağıq. Bu matçla bağlı nə deyə bilərsiz?

- Keçən il burada olanlar yaponların gücünü görüb. Əminliklə deyirəm ki, bu yaş qrupunda onlardan güclüsü yoxdur. Rəqib güclü olsa da, heç kimdən qorxmuruq. Komanda ilə bu haqda söhbətim olub. Oyun başlayanda hesab 0:0 olur.  

- Birinci matçda son çempiona qarşı oynamaq çətin olmayacaq?

- Yox. Əksinə belə yaxşıdı. Çünki artıq ilk oyunda güclü rəqiblə qarşılaşırsan. Həm real olaraq nəyə qadir olduğunu bilirsən, həm də format məsələsi var. İlk 6 yer uğrunda oynamaq üçün qrupu birinci pillədə başa vurmaq lazımdır.

- Sizin rəhbərlik etdiyiniz komandalar adətən beynəlxalq turnirdə keçirdiyi ilk oyunda uduzmur. Uğurlu ənənəni bu dəfə də davam etdirmək mümkün olacaq?

- Sabah yaponları məğlub etsək, sensasiya olacaq. Real danışmaq lazımdı, oyunların hər oyunçusu fərdi olaraq bizdən güclüdü. Amma biz komanda şəklində mübarizə aparacağıq. Keçən il də yaponlarla qarşılaşmışdıq. Həmin oyunun artıq 17-ci dəqiqəsində azlıqda qaldıq ki, bu da oyunun nəticəsinə təsir etdi.

- Komandada hansısa çatışmazlıq var?

- Bu gün mənə başağrısı verən odur ki, hücumda lazımı qədər məhsuldar deyilik. Uğur qazanmaq üçün qol vurmalıyıq. Məsələn, hücumçumuz rəqib cərimə meydançasına daxil olur. Qapıya zərbə endirmək əvəzinə o ya lazımsız fint edir, ya da düşünür ki kimə ötürmə versin. Halbuki qapıya zərbə endirmək lazımdır. Futbolunun qaydası belədir ki, qalib gəlmək üçün mütləq qol vurmalısan. Məşqdə də hər zaman futbolçuları deyirəm ki, sizin işiniz yumru topu qapı xəttindən keçirməkdir. Hücumçularımızın istedadı var. Yalnız dediyim cəhəti daha da yaxşılaşdırmalıyıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30