28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Zamanla yerli oyunçular əcnəbiləri millidən sıxışdırıb çıxaracaqlar” (Müsahibə)

Məşqçilər Komitəsinin üzvü, milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytının Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibə verib.

- Sabah komandamız Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununa çıxacaq. Yarışda bağlı millimizin qarşısına hansı məqsədlər qoyulub?

- Əsas məqsəd odur ki, komanda Elit raundda yaxşı çıxış etsin. Hazırda əsas heyətin bir neçə oyunçusu yoxdu. Burda əsas diqqət 1997-ci il təvəllüdlü futbolçuların çıxışına yönəldiləcək. Onlardan hansılar özünü yaxşı tərəfdən göstərsə, gələcəkdə də milliyə kömək edə bilərlər. Yarışda millimiz 5 oyun keçirəcək. Bu isə o deməkdir ki, komanda üzvləri bir yox, bir neçə oyunda özlərini göstərmək şansı qazanacaqlar.

- Albaniya millisi turnirdən imtina etdiyinə görə onları Rusiyanın ikinci komandasını əvəzləyəcək. Bu millimizin xeyrinə işləyəcək, yoxsa ziyanına?

- Məncə, Albaniyanın bura gəlməməyi itki deyil. Çünki indiki şəraitdə mən Rusiyanın ikinci komandasını Albaniyadan güclü sayıram. Düşünürəm ki, Rusiyanın ikinci komandası 1998-ci il təvəllüdlü futbolçulardan qurulub. Bu yaş qrupu üzrə Rusiya millisi isə Albaniyanın 1997-ci il təvəllüdlü futbolçularından güclüdür. Ona görə də Rusiya ilə oyun millimizin xeyrinə olacaq.

- Sabah yığmamız Yaponiya ilə üz-üzə gələcək. Asiyalılar urnirin son qalibidi. Bunu millimiz çün müsbət, ya mənfi cəhət hesab etmək olar?

- Yaponiya ilə oyun millimizin xeyrinədi. Millimiz çempiona qarşı oynadığından daha motivasiyalı olacaq. Komandamızın heyətində çox yaxşı futbolçular var.

- Qeyd etdiniz ki, bu millimiz üçün sınaq xarakterli turnirdi. Yarışda komandamızın nəticəsu uğursuz olsa, bu məqam Elit raund öncəsi futbolçularda ruh düşkünlüyü yarada bilməz?

- İnanmıram ki, bu məqam oyunçularda ruh düşkünlüyü yaratsın. Çünki bura gələn komandanı U-19-dan çox, U-18 adlandırmaq olar. Allah eləsin burdakı uşaqlar elə çıxış etsinlər ki, heç o birilərə ehtiyac qalmasın (gülür). Burda özünü göstərəcək oyunçular Elit raundda da şans qazana bilərlər.

- Həm U-17, həm də U-19-un Elit raunda vəsiqə qazanması müsbət məqamdı. Amma hər iki komandanın heyətində milliləşdirilmiş legionerlər var. Elə etmək olar ki, gələcəkdə yığmamızın əsasını ancaq yerlilər təşkil etsin?

- Siz deyəsən, bizim Məşqçilər Komitəsinin iclasında olnaları dinləyirsiz (gülür). Çünki biz komitədə bu məsələni müzakirə edərkən ilk növbədə mən komandaların əsasını yerli futbolçuların təşkil etməli olduğunu dedim. Sizin kimi mən də əcnəbi futbolçuların milliyə gətirilməsinin əlehinəyəm. Bəzən əcnəbi oyunçular əsas millidə Azərbaycanı deyil, digər ölkəni seçirlər. Amma millilərimizin Elit raunda yüksəlməsində onların rolu danılmazdı. Bu gün “Bakı”, “Qəbələ” kimi komandaların akademiyalarından yeni oyunçuların yığmaya cəlb edilməsi gələcəkdə əcnəbi futbolçuların sayını azaldacaq. Bu gün əvvəllər yeniyetmə yığmalarına oyunçu verməyən “Xəzər Lənkəran”ın da yetirməsi komandadı. Aslan Kərimovun millisində bölgələrdən 30-a yaxın oyunçu var. Bunlar hamısı göstərir ki, zamanla yerli oyunçular əcnəbiləri millidən sıxışdırıb çıxaracaqlar.

- Digər millilərdən fərqli olaraq, U-21-in baş məşqçi təyinatı yubanır...

- Məşqçilər Komitəsi olaraq bizim istəyimiz odur ki, aşağı yaş qrupu üzrə milli komandaların hamısının baş məşqçisi yerli mütəxəssis olsun. Bu gün Azərbaycanda Pro, A kateqoriyalı xeyli məşqçi var. Onlar klubda işləməsinlər, millidə çalışmasınlar, bəs harada özlərini göstərəcəklər? U-21-ə gəldikdə isə konkret 4 namizədimiz var. Onların adlarını AFFA rəhbərliyinə təqdim etmişik. Seçimi isə rəhbərlik edəcək.

- Həmin məşqçilər kimlərdi?

- Adlarını çəkmək istəməzdim. Çünki bu 4 məşqçidən biri seçiləcəksə, digər üçünə təyinat almaması pis təsir edəcək. Hər halda biz təklifimizi AFFA-ya vermişik. Qərarı onlar verəcək.

- U-19 millimiz Elit raundda güclü rəqiblərlər üzləşəcək. Sizcə, yığmamızdan sensasiya gözləmək mümkündür?

- Elit raunda vəsiqə özü Azərbaycan miqyasında uğurdu. Uşaqlar artıq əsas işin öhdəsindən gəlib. Bunu mən özüm də demişəm. İndi onlar bu rəqiblərə qarşı rahat oynamalıdılar. Uduzmaqdan qorxamamalıdırlar. Rahat oynayan komanda həmişə daha yaxşı nəticə qazana bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31