24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Vaqif Sadıqov: "Prosineçki hər birimizin rəğbətini qazanıb"

Milli komadamızın sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsi 

- Əvvəlcə başa çatmaqda olan 2014-ci ili Azərbaycan futbolu üçün dəyərəndirməyinizi istərdik. 
-2014-cü il bir çox müsbət cəhətlərlə yadımızda qalacaq. İnanıram ki, bizi daha uğulu illər gözləyir. İlk növbədə onu deyim ki. 19 yaşlı futbolçulardan ibarət komandamız Avropa Çempionatının elit raunduna vəsiqə qazandı. Əsas millimiz nəticə baxımından bizi məyus etsə də, müsbət haldır ki, xeyli sayda gənc futbolçumuz komandaya dəvət alıb. Bundan başqa “Qarabağ”ın Avropa Liqasında göstərdiyi oyun və qazandığı nəticəni qeyd  etməliyik. Bir mütəxəssis kimi “Qarabağ”ın oyununu mütləq vurğulamalıyam. “Qarabağ” göstərdi ki, Avropa səviyyəli bir komandamız var.  “Neftçi” və “İnter” də bu il Avropa Liqasında yaxşı təsir bağışladı. Hesab edirəm ki, bu ili nikbin yola sala bilərik.  
- Ancaq 2014-cü ildə Premyer Liqamızın səviyyəsi ürəkaçan olmadı.
- Məşqçilər Komitəsinin iclaslarında bu məsələni müzakirə edirik. Əsas odur ki, çempionatdakı bu enişin səbələrini bilək. Bundan sonra məslənin həlli yollarını tapmalıyıq. “Araz Naxıvan”ın çempionatı yarmçıq tərk etməsi, bəzi klubların  çempionatın gedişi zamanı öz strategiyasını dəyişməyi qeyd etdiyimiz problemləri yaratdı. Azərbaycan futbolu üçün klubarda görülən işlər çox vacibdir. Məncə, gələcəkdə reqlament və limit məsələsinə aydınlıq gətirməklə klubları müəyyən bir çərçivəyə salmalıyıq və əsl peşəkar işi görməliyik. Hansı ki, bu işlər gələcəkdə millimizə də təkan verəcək. Bu gün çempionatımızın səviyyəsinin  hansı səbəbdən  belə aşğaı düşməsini dəqiq deyə bilmərəm. Ancaq bu barədə ciddi müzakirələr aparmalıyıq. Gələcəkdə mövcud səhvləri aradan götürməliyik. 
- Səbəbləri dəqiq bilməsək də, nəticə odur ki, klublar arasında səviyyə fərqi artıb.
- Bəli, görürük ki, bu il “Qarabağ”, “İnter” və “Neftçi” digər komandalardan xeyi irəlidədi və oyunları ilə də seçilirlər. Artıq bu üç komdanda Avroliqaya vəsiqəni təmin edib.  Bu da o deməkdir ki, çempionatda rəqabət yoxdur. Rəqabət olmayan yerdə inkişaf da ola bilməz. Məncə, problemlər təkcə sistemdə yox, klubların idarəetməsində də var. Bundan əlavə, limitdə olan dəyişikliklər də özünü doğrultmadı. Ən vacibi odur ki, biz bu gün problemləri görürük və onları aradan qaldırmaq üçün çalışırıq. 
- Rəhbərlik etdiyiniz Məşqçilər Komitəsində işlər necə gedir?
- Biz demək olar ki, gözlənilmədən fəaliyyətə başladıq. Dekabrın 5-də milli komandanın baş məşqçisi Robert Prosineçki ilə görüşdük. Bundan başqa aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə görüşlərmiz olub. Klublar Komitəsinin sədri Tuyğun Ndirovla da fikir mübadiləsi aparmışıq. Bu görüşlərdən bir şey hiss olundu ki, Məşqçilər Komitəsinə inam var, bizdən məsləhətlər gözləyirlər. Hesab edirəm ki, AFFA bu komitəni yaratmaqda düzgün addım atıb. AFFA bu gün xeyli sayda layihələr həyata  keçirir. Buna nəzarəti peşəkarlar etməlidir. Biz kiminsə mənfi tərəfin aşkarlamaq üçün yaranmamışıq. Əksinə, dəstək üçün fəaliyyət göstəririk. Yanvar ayında Məşqçilər Komitəsi Antalyada təlim-məşq toplanışında olan klublarımızn və aşağı yaş qrupları üzrə milli komandalarımızın işləri ilə yaxından tanış olacağıq və lazım olan tövsiyyələrimizi verəcəyik. Yəni işlərimiz çoxdur. Biz də çalışırıq ki, futbolçumuza bir yenilik gətirək. Görüş zamanı Prosineçkiyə  bildirmişik ki, hamımızın niyyəti bir olsun. Niyytimiz odur ki, Azərbaycan futbolu tezliklə Avropada söz sahibi olsun. Nəzərə  alsaq ki, 2020-ci ildə  Avropa Çempionatının bəzi oyunları Bakıda keçiriləcək, niyə bizim milli komandamız da öz ölkəmizdə keçirilən bu turnirdə iştirak etməsin? Yəni bu işlərimizi bu arzilarla qurururq. İnanıram ki, gördüyümüz işlər gələcəkə öz bəhrəsini verəcək. 
- Prosineçki ilə tez-tez görüşünüz olacaq?
- Prosineçkiyə təklif etdik ki, heç olmasa ayda bir dəfə onunla görüşək. O isə bildirdi ki, ilk növbədə mən sizinlə görüşməyə ehtiyac duyuram, həftədə bir dəfə görüşək. Az bir müddətdə onunla iki dəfə görüşmüşük. Yanvarda isə Antalyada keçiriləcək təlim-məşq toplanışında bir yerdə olacağıq. Prosineçki Azərbaycan futbolunda yeni simadır. O, futbolumuza bələd deyil. 
- Qeyd etdiyiniz amilləri nəzərə alsaq, Prosineçki yerli məşqçilərin tövsiyələri dinləmlidir.
- Prosineçki özü bildirir ki, bizimlə görüşlərə ehtiyacı var. O, ilk göndən öz fəallığı ilə hər birimizin rəğbətini qazanıb. Hələ təyinatından əvvəl Prosineçki çempionat oyunlarını izləyirdi. Baş məşqçi olduqdan sonra isə o, vətənniə qayıtmadı, Azərbaycada qalıb aşağı yaş qruplarının liqaları ilə yaxından tanış oldu. Yəni işləmək istəyini ortaya qoyub. Nəzərə almalıyıq ki, Prosineçki uğura ac olan bir mütəxəssisdir. Hər birimiz çalışrıq ki, ona dəstək olaq və birlikdə futbolumu irəli aparaq. Hər bir nəticəyə baş məşqçi cavabdehdir. Ancaq mən istərdim ki, pis gündə də hamızız bir yerdə olaq, özümüzü milli komandamızdan ayırmayaq. O zaman biz uğura nail ola bilərdik. Gördüyünüz kimi, Avroliqa oyunları zamanı hər birimiz “Qarabağ”lı olduq.  
- Millimizin keçirəcəyi yoldaşlıq oyunları ilə bağlı tərklifləriniz olub? 
- Prosineçki çox az bir vaxtda milli komanda ilə bir yerdə olacaq. Yəni mart ayına qədər o, 10 gün komanda ilə birlikdə olacaq. İlk növbədə informasiya əldə etməliyik. Antalyada olarkən millimiz üçün rəqib seçəcəyik. Hər şey plan üzrə getsə, millimiz fevral və mart aylarında yoxlama oyunları keçirəcək.  

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30