20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Atletiko” İlham Əliyevi təbrik etdi

 “Lans”ın ardınca “Land of fire Azerbaijan” forması ilə meydana çıxan Madrid “Atletiko”su da Azərbaycan Prezidenti İlham Əliyev ad günü münasibət ilə təbrik edib. Futbolxeber.az-ın President.az saytına istinadən verdiyi məlumata görə, “Atletiko”nun baş icraçı direktoru Migel Angel Gilin adından göndərilmiş məktubda deyili:

Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə klubumuzun və “Atletiko Madrid” ailəsinin bütün üzvləri adından təbrik etmək istərdik.

Yola salmağa hazırlaşdığımız 2014-cü il klubumuz üçün xoş xatirələr və İspaniya Liqasında, Super Kubokda, UEFA Çempionlar Liqasında qazanılan uğurlarla dolu möhtəşəm, tariximizin ən gözəl illərindən biri olub.

Bütün bu nailiyyətlər bizə Sizin gözəl ölkənizi dünyanın 250 milyon əhalisinə təqdim etmək imkanı vermişdir. Bütün azarkeşlərimiz “Atletiko”nun dəyərlərini Azərbaycan ilə əlaqələndirirlər - ambisiyalarla birgə səylər və gərgin iş xəyalları reallaşdırmağa imkan verir.

Biz həqiqətən də bununla fəxr edirik və bu uğuru Sizinlə, Azərbaycan xalqı ilə bölüşmək istəyirik. Bizə göstərdiyiniz dəstəyə görə Sizə daim minnətdar olacağıq və Azərbaycanın gözəlliklərini dünyaya yaymağa davam etməkdə qətiyyətliyik.

İcazə verin, bu xoş fürsətdən istifadə edib Sizi, ailənizi və ölkənizi Milad bayramı və Yeni il münasibətilə təbrik edim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30