19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tərlan Əhmədov “Beşiktaş”ın düşərgəsində

AZAL PFK-nın baş məşqçisi Tərlan Əhmədov Türkiyədə səfərdədir. Futbolxeber.az-ın məlumatına görə, İstanbula səfərin məqsədi PRO kateqoriyası almaq üçün keçirilən kursla bağlıdır. Kateqoriyanın tələblərinə uyğun olaraq, 43 yaşlı mütəxəssis dekabrın 23-dən 29-na qədər İstanbul nəhənglərindən “Beşiktaş”da təcrübə toplayacaq.

“Qara qartallar”ın bazasında bir həftəlik təlimdə olacaq məşqçi, komandanın məşqlərində iştirak edəcək, “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə görüşmək və xorvatiyalı çalışdırıcıyla fikir mübadiləsi aparmaq imkanı olacaq.

Dekabrın 29-dək davam edəcək səfərin əsas məqsədi isə kateqoriya tələblərinə uyğun olaraq, aşağı yaş qruplarında işlərin necə getdiyini, uşaqlarla iş prinsipini öyrənmək, “Beşiktaş”ın akademiyasının strategiyası ilə yaxından tanış olmaqdır. Tərlan Əhmədov həmçinin klubun infrastruktu ilə də tanış olacaq.

Əhmədov artıq akademiya ilə tanışlığı başa vurub. Aşağı yaş qruplarından birinin məşqini izlədikdən sonra isə T.Əhmədov “Beşiktaş”ın Gənclik İnkişaf Proqramının koordinatoru və texniki direktoru Əmrah Bayraktarla görüşüb. Görüşdən sonra xatirə şəkli də çəkilib.


azalpfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30