19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Böyükağa Hacıyev: “Sevinirəm ki, qazandığım nəticələri məhz Qurban Qurbanov təkrarladı”

“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev sportpress.az saytına açıqlamasında 2014-cü ilin yekunlarıyla bağlı danışıb. Futbolxeber.az-ın məlumatına görə, Hacıyev 2014-cü ilin ən böyük idman hadisəsi kimi millinin baş məşqçisi Berti Foqtsun istefasını qeyd edib: “Başa çatan il ərzində idmanımızın uğurları çox olub. Amma mənim üçün ən yadda qalan millinin baş məşqçisi Berti Foqtsun istefası oldu. Ən böyük hadisə Foqtsdan xilas olmağımızdır. 6 ildən çox müddətdə millidə işlədi. Nəticə olmasa da, getmək istəmirdi. Nəhayət, bu il istəyimiz baş tutdu”.

Böyükağa Hacıyevin sözlərinə görə, Foqtsun getməsi artıq çoxları üçün real görünmürdü. Hamı düşünürdü ki, məğlubiyyətlərdən asılı olmayaraq, alman məşqçi postunda qalacaq. Ona görə də almanın istefası 2014-cü ilin idman hadisələrindən sayılmalıdı.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycanda 2014-cü ilin məşqçisi seçilməsinə gəlincə, Böyükağa Hacıyev bunun layiqli seçim olduğunu bildirib: “Qurbanın uğurlarına sevinməyə bilmərəm. Sevinirəm ki, qazandığım nəticələri məhz o təkrarladı, hətta yenilədi. Qoy hamı görsün ki, Azərbaycan məşqçiləri necə uğurla işləyir. Şadam ki, azərbaycanlı məşqçinin uğurlarını elə azərbaycanlı həmkarı yenilədi”.

Qeyd edək ki, “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında Avropa Liqasında 6 xal toplamaqla “Neftçi”nin nəticəsini yeniləyib. “Ağ-qaralar” Avroliqanın qrup mərhələsində 3 xal toplamışdı.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31