19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

UEFA 4 Azərbaycan klubunun hesabına pul köçürdü

2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmiş müəyyən klublar UEFA-nın Maliyyə Fair Play (Financial Fair Play) qaydalarına əməl etmədikləri üçün cərimələniblər. Futbolxeber.az-ın məlumatına görə, həmin məbləğ qeyd olunmuş klubların UEFA-nın klub yarışlarında iştirakına görə UEFA-dan alınacaq məbləğdən tutulub və UEFA-nın İcraiyyə Komitəsinin 18 sentyabr 2014-cü il tarixli qərarına əsasən, həmin vəsait qeyd olunmuş mövsümdə UEFA-nın klub yarışlarında çıxış etmiş və qaydaları pozmamış klublar arasında bölünüb.

UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş hər klub 261.520 avro, təsnifat mərhələsində çıxış etmiş hər klub 30.790 avro alacaq. Bu məbləğlər UEFA tərəfindən Milli Assosiasiyalar vasitəsilə borcu olmayan müvafiq klublara göndərilir.

Beləliklə, 2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarının təsnifat mərhələsində Azərbaycanı təmsil etmiş “Qarabağ”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran” klublarının hesabına 30.790 avro keçirilib.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31